“Qarabağ” Azərbaycan kubokunun qalibi olub

Yayımlandı: 2 İyun 2024 22:00

Ağdam komandası finalda “Zirə”ni məğlub edib

İyunun 2-də futbol üzrə Azərbaycan kubokunun final oyunu keçirilib.

Həlledici oyunda “Qarabağ” və “Zirə” komandaları üz-üzə gəlib. Final görüşü saat 20:00-da start götürüb.

Qarşılaşma “Qarabağ”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Son mövsümdə Premyer Liqada çempion olan Ağdam təmsilçisi kuboku da muzeyinə aparıb.

Bu, “Qarabağ”ın indiyə qədər qazandığı 8-ci ölkə kuboku olub.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button