QARABAĞ AZADLIQ TƏŞKİLATI TƏQDİM EDİR:

15 iyul Milli Qəhrəman Əsəd Əhmədovun doğum günüdür

Əsəd Cəlal oğlu Əhmədov 1970-ci il iyulun 15-də Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olub. O, 1992-ci ilin martında Milli Orduda hərbi xidmətə başlayıb, Şuşa rayonu Zarıslı, Salatınkənd, Turşsu, Ağdam rayonu Şelli, Abdal-Gülablı, Güllücə, Papravənd, Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub, Laçın ətrafında 28 nəfər soydaşımızın əsirlikdən azad olunmasında xüsusi qəhrəmanlıq göstərib, 1992-ci il iyulun 31-də Papravənd uğrunda gedən döyüşlərdə həlak olub.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib, şəhərin küçələrindən biri onun adını daşıyır.

 

Qəhrəmanlar unudulmur!

11 iyul Milli Qəhrəman Rafiq Alıcanovun doğum günüdür

Rafiq Cəfər oğlu Alıcanov 1965-ci il iyulun 11-də Qazax rayonu Kəmərli kəndində anadan olub. Gənc zabit 1992-ci ildə Azərbaycan Ordusunda hərbi xidmətə başlayıb, onun döyüş yolu Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan və Naxçıvandan keçib, az vaxt ərzində kapitan rütbəsinə çatıb, Füzuli rayonunun bir neçə kəndinin müdafiəsində xüsusi rəşadət göstərib və 1993-cü il noyabrın 5-də Qurdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Ağstafa rayonunun Köçvəlli kəndində dəfn olunub. Bakıda küçələrin biri onun adını daşıyır, Köçvəlli orta məktəbinə onun adı verilib, həmin məktəbdə və Ağstafa şəhərində büstü qoyulub.

 

Xural” qəzeti,

İl: 9, sayı: 027 (435), 17 – 23 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button