QARABAĞ AZADLIQ TƏŞKİLATI TƏQDİM EDİR:

Qəhrəmanlar unudulmur!

25 iyul Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür

Əliabbas Qara oğlu İsgəndərov 1958-ci il iyulun 25- də Ağdam rayonu Kürdlər kəndində anadan olub. O, 1991-ci ilin noyabrında Ağdam özünümüdafiə batalyonuna daxil olub, çətin kəşfiyyat tapşırıqlarını yerinə yetirib, düşmən mövqelərinin aşkar edilib dağıdılmasında xüsusi xidmətlər göstərib, 1992-ci ilin fevralında Umudlu kəndində mühasirəyə düşmüş 40 nəfər döyüşçünü xilas edib, 1992-ci il martın 4-də Qazançı kəndi uğrunda döyüşdə qəhrəmanlıqla həlak olub. Ağdam Şəhidlər Xiyabanında dəfn edilib.

 

26 iyul Milli Qəhrəman Asif Məhərrəmovun (Fred Asif) doğum günüdür

Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. O, 1988-ci ildən başlayaraq Ağdamın Abdal-Gülablı, Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar, Əhmədavar kəndlərində düşmənə qarşı müdafiə dəstələri yaradıb, 1990-cı ildə Ağdam özünümüdafiə dəstəsi yaradıb, Xramort, Aranzəmin, Pircamal, Dəhraz, Naxçıvanik və digər kəndlərin müdafiəsində cəsur komandir kimi rəşadətlə vuruşub, 1992-ci ilin martında Füzuli şəhərinin müdafiəsinə köməyə gedib, düşmənə ağır zərbə vurub. Polkovnik-leytenant Asif Məhərrəmov 1994-cü il iyulun 1-də müharibədə aldığı yaraların nəticəsində dünyasını dəyişib. Bakı şəhərində 2-ci Fəxri Xiyabanda dəfn edilib. Bakının küçələrindən biri onun adını daşıyır.

Xural” qəzeti,

İl: 9, sayı: 029 (437),31 iyul-06 avqust 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

  1. Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ŞƏHİD
    olan insanları -sözdə yox əməldə unutmamaq bu torpaq üzərində gəzən suyunu içən havasını udan hər bir kəsin müqqəddəs borcu olmalıdir .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button