QARABAĞ AZADLIQ TƏŞKİLATI TƏQDİM EDİR:

Qəhrəmanlar unudulmur!

1 avqust Milli Qəhrəmanlar Ehtiram Əliyev və Ələsgər Novruzovun doğum günüdür

Ehtiram İsrayıl oğlu Əliyev 1972-ci il avqustun 1-də Ucar rayonu Qazyan kəndində anadan olub. O, 1992-ci ildən hərbi xidmətə çağrılıb, Naxçıvanın Sədərək, Batabat bölgələrində, Qarabağın Ağdam, Füzuli, Cəbrayıl, Tərtər bölgələrində rəşadətlə vuruşub, 1993-cü il avqustun 23-də Füzulinin bir sıra kəndlərinin müdafiəsi və 1994-cü il yanvarın 5-də Füzuli istiqamətində hücum əməliyyatı zamanı düşmənə ağır zərbə vurması ilə fərqlənib. Ehtiram Əliyev hazırda Nəqliyyat Nazirliyi sistemində çalışır.

 

 

Əlsəgər Xanlar oğlu Novruzov 1949-cu il avqustun 1-də Laçın rayonu Kürdhacı kəndində anadan olub. O, 1979-cu ildən Xocalıda yaşayıb, 1988-ci ildə Xocalının müdafiəsini təşkil edənlərdən olub, Şəhər Müdafiə Şurasının üzvü olub, özünün yaratd ığı 40 nəfərlik dəstəyə rəhbərlik edib, cəsur döyüşçü kimi ad çıxarıb, 1992-ci il fevralın 25-d ən 26-na keçən gecə düşmənə qarşı son gülləsinə qədər vuruşub, yaralanıb və huşsuz halda əsir götürülüb, ermənilər onu əsirlikdə ağır işgəncələrlə qətlə yetiriblər. O, Kürdhacı kəndində dəfn edilib.

 

Xural” qəzeti,

İl: 9, sayı: 030 (438),07-13 avqust 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button