QARABAĞ AZADLIQ TƏŞKİLATI TƏQDİM EDİR:

Qəhrəmanlar unudulmur!

10 may Azərbaycanın Milli Qəhrəmanı Namiq Abdullayevin doğum günüdür. Namiq Vahid oğlu Abdullayev 1974-cü il mayın 10-da Ağcabədi rayonu Avşar kəndində anadan olub. O, 1992-ci ilin dekabrında cəbhəyə gedib və atasının döyüşdüyü taborun tərkibində vuruşub. 1993-cü il fevralın 9-da Xocavənd rayonu ərazisində onun döyüşdüyü tabor düşmənlə ölüm-dirim savaşına girib, xeyli əsgər yoldaşları həlak olub, düşmən tanklarının qarşısını almaq getdikcə çətinləşib, bu vəziyyətdə igid əsgər qumbaraları sinəsinə sıxaraq öndə gələn düşmən tankının altına atılıb, düşmən tankını partladıb, digər tankların da irəliləməsinin qarşısını alıb. O, Avşar kəndində dəfn edilib, kəndin orta məktəbi onun adını daşıyır.

“Xural” qəzeti,

Il: 9, sayı: 019(429), 15-21 may 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button