Qarabağ İrlandiya komandasını darmadağın etdi – 3:0

“Futbolçuları təbrik edirəm. İntizamlı oyun gördük. Bütün həftəni ciddi hazırlaşdıq. Tapşırıqları yerinə yetirdikləri üçün oyunçulara təşəkkür düşür. Matç gərgin keçdi. Rəqib xarakterli komanda idi. Futbolçularımız intizamlı oyunla rəqibin qarşısını aldı”.

Bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında İrlandiya “Dandolk”unu 3:0 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib.

47 yaşlı mütəxəssis bildirib ki, futbol 2-3 nəfərdən ibarət deyil: “Kollektiv şəklində intizamlı oynadıq. Biri səhv edəndə, digəri sığortalayırdı. Hər biri əziyyət çəkdi. Əziyyətlərini itirə bilmərik”.

Təcrübəli məşqçi deyib ki, 90 dəqiqə eyni tempdə oynamaq mümkün deyil: “Məğlub olan kollektiv sürəti artırır. Bəzi səhvlər etdik. Oyun boyu dayanmadan hücum etmək mümkün deyil”.

Qurbanov zədələnən Filip Ozobiçin durumuna sabah aydınlıq gələcəyini vurğulayıb. O, III təsnifatda qarşılaşacaqları Kipr APOEL-i barədə də danışıb: “Onların matçlarına baxmışıq. Bizi maraqlı qarşılaşmalar gözləyir. Bu idmandır. İdman prinsiplərinə əməl etməliyik. Bütün diqqətimiz meydandan qələbə ilə ayrılmaqdır “.

 

Report

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button