Qarabağ Komitəsi mitinq üçün müraciət etdi

 

Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında Qarabağ Komitəsinin növbəti iclası keçirilib. Xural.com xəbər verir ki, iclasda təşkilati məsələlər, qərarların icrası vəziyyəti və cari məsələlərə baxılıb. 7 nəfər yeni üzv Qarabağ Komitəsinə üzv qəbul edilib. KXCP üzvü, hərəkatçı Vaqif Babayev, hərəkatçı və döyüşçü Firuz İbrahimov, hərəkatçı qadın Aytəkin İmranova və “Xocalı” batalyonunun keçmiş döyüşçüsü Burzu Rzayev yekdilliklə Qarabağ Komitəsinə üzv qəbul olunublar.

 

Qarabağ Komitəsinə 7 yeni üzv qəbul edilib

Komitə dünyanın müxtəlif ölkələrindən üzvlük üçün daxil olunan müraciətlərə də baxıb. Onların sırasında Böyük Britaniyanın paytaxtı Londonda siyasi mühacir həyatı yaşayan Qurban Məmmədovun, Ukraynanın paytaxtı Kiyevdə yaşayan siyasi mühacir Fəhmin Hacıyevin və Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan Elbrus Mustafayevin adları yer alıb. Gərgin müzakirələrdən sonra AzerFreedom kanalının sahibi Qurban Məmmədov 15 nəfər lehinə, 7 nəfər əleyhinə, Fəhmin Hacıyev 15 nəfər lehinə, 2 nəfər lehinə və 4 nəfər bitərəf, Elbrus Mustafayev isə yekdilliklə olmaqla Qarabağ Komitəsinin üzvü seçiliblər. Bununla da Qarabağ Komitəsinin üzvlərinin sayı 51 nəfərə çatıb.

İclasda Azərbaycandan kənarda siyasi mühacir ömrü yaşayan soydaşlarımızın Komitəyə qəbulu qaydaları dəqiqləşdirilib. Qərarlaşdırılıb ki, qəbul ediləcək üzvlər audio, video və elektron müraciətlərdən biri vasitəsilə Komitənin Koordinaorlarına müraciət etməlidirlər. Bu üzvlərin səsvermədə iştirakları mümkün olmadığından, xaricdə yaşayan soydaşlarımız yetərsaydan kənarda saxlanılıblar.

 

Nazirliklərə sorğu göndərilib

İclasda Qarabağ Komitəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə atəşkəs rejimi və onun qaydaları haqqında sənədlərin təqdim olunması və məsələyə aydınlıq gətirilməsi üçün göndəriləcək sorğular müzakirə edilərək qəbul edilib. Eyni zamanda Qarabağ Komitəsinin dekabrın 15-də “Məhsul” stadioununda keçirməyi planlaşdırdığı mitinq üçün müraciət də müzakirəyə qoyularaq qəbul edilib.

 

9 nəfərlik Koordinatorlar Qrupu yaradılıb

Qarabağ Komitəsi indiyə qədər fəaliyyət göstərən İşçi Qrupun adını Koordinatorlar Qrupu olaraq dəyişdirib və Koordinatorlar Qrupunun 9 nəfərdən ibarət heyətinin formalaşdırılması üçün seçkilər keçirib. Sədrlik müddəti başa çatan İlham İsmayıl seçkilərin keçirilməsi üçün namizədlərin siyahısını elan edib. 11 nəfərin namizədliyi səsə qoyulub ən çox səs alan 9 nəfərdən ibarət Koordinatorlar Qrupu təşkil edilib.

 

Namizədlər bunlar olublar:

  1. Taleh Əliyev (24 səs)
  2. Pənah Hüseyn (25 səs)
  3. Akif Nağı (25 səs)
  4. Barat İmani (19 səs)
  5. Mirmahmud Mirəlioğlu (25 səs)
  6. Tural Abbaslı (26 səs)
  7. Rəşid Nazim (13 səs)
  8. Əvəz Zeynallı (25 səs)
  9. Sahib Kərimli (26 səs)
  10. İsgəndər Həmidov (26 səs)
  11. İlham İsmayıl (25 səs)

 

Səsvermədən sonra Barat İmani namizədliyini geri götürüb və Koordinatorlar Qrupu yaradılıb. 6 aylıq səlahiyyət müddəti olan Koordinatorlar Qrupu bu isimlərdən təşkil olunub.

 

Qarabağ Komitəsinin Koordinatorlar Qrupu:

  1. İsgəndər Həmidov (26 səs)
  2. Sahib Kərimli (26 səs)
  3. Tural Abbaslı (26 səs)
  4. Pənah Hüseyn (25 səs)
  5. Akif Nağı (25 səs)
  6. Mirmahmud Mirəlioğlu (25 səs)
  7. Əvəz Zeynallı (25 səs)
  8. İlham İsmayıl (25 səs)
  9. Taleh Əliyev (24 səs)

 

Qarabağ Komitəsinin iclasından sonra KXCP-nin qərargahında atəşkəs mövzusuna aid dəyirmi masa keçirilib. Toplantıda iştirak edənlər Azərbaycan-Rusiya münasibətlərindən danışıblar. İlham İsmayıl, Pənah Hüseyn, Sərdar Cəlaloğlu, Akif Nağı, Əhəd Məmmədli, Valeh İbadov, Əhməd Oruc, Mirmahmud Mirəlioğlu, Sahib Kərimli, Taleh Əliyev, Tural Abbaslı və başqaları mövzu ətrafında müzakirəyə qatılıblar. Toplantı Əvəz Zeynallının facebook profilindən canlı olaraq yayınlanıb (buradan izləyə bilərsiniz: https://www.facebook.com/evez.zeynalli.3/videos/1968053836582441/).

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button