Qarabağ Komitəsi bayram tədbiri keçirdi-MİTİNQ OLACAQ

Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında Qarabağ Komitəsinin növbəti iclası keçirilib. Xural.com xəbər verir ki, saat 11.00-da İdarə Heyətinin, 12.00-da Komitənin ümumi yığıncağı öz işinə başlayıb. Toplantılar Novruz bayramı münasibətilə bayramlaşmaya həsr olunub. Ümumi yığıncaq Pənah Huseynin təklifi ilə dünyasını dəyişənlərin, şəhidlərin, millət yolunda, haqq yolunda savaşanların xatirəsinə 1 dəqiqə sayğı duruşu ilə başlayıb. Qarabağ Komitəsinin Azərbaycanda siyasətində oynadığı rol, gələcək istiqamətləri haqqında ciddi müzakirələr aparılıb. Sonuncu əfv fərmanı, hələ də həbsdə qalan siyasi məhbuslar, siyasətdə gözlənilən təlatümlər və Qarabağ Komitəsinin oynayacağı rol haqqında natiqlər çıxışlar ediblər. Qərara gəlinib ki, növbəti toplantıda Qarabağ Komitəsinin keçiriləcək mitinqinin vaxtı müəyyənləşdirilsin. Bu və digər mövzular ətrafında iclasa sədrlik edən Mirmahmud Mirəlioğlu, Pənah Hüseyn, Elşən Həsənov, Əvəz Zeynallı, Sahib Kərimli, İlham İsmayıl, Bahadur Salmanov, Tural Abbaslı, Aytəkin İmranova, Qiyas Sadıqov, Yusif Süleymanlı, Rəşid Əlibəyli, TC Sudeyif Sadiqli, Rövşən Öntürk, qonaq qismində iştirak edən Elman Türkoğlu və digərləri fikirlərini bildiriblər. Qarabağ Komitəsinin növbəti toplantısının 27 mart 2019-cu ildə, saat 12.00-da KXCP qərargahında keçirilməsi (İdarə Heyətinin iclası 11.00-da KXCP-də olacaq) qərarlaşdırılıb.
Qarabağ Komitəsi Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edir!

 

 

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button