Qarabağ Komitəsi mitinq qərarı verdi: 24 noyabr!

Bu gün Qarabağ Azadlıq Təşkilatının ofisində Qarabağ Komitəsinin növbəti iclası olub. Gərgin müzakirələrlə keçən toplantıda əhəmiyyətli qərarlar qəbul edilib. Qərara alınıb ki, 24 noyabrda II Qarabağ mitinqi olsun və bunun üçün Bakı meriyasına müraciət qəbul edilib.

Qarabağ Komitəsinin iclasında aşağıdakı qərarlar qəbul olunub:
1) 24.11.2018- ci il tarixində Bakı şəhərində II Qarabağ mitinqinin keçirilməsi haqqında Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq müraciəti qəbul olunub.
2) Qarabağ Komitəsi nümayəndə heyətinin AR Prezident İlham Əliyevə Qarabağ ətrafında yaranmış vəziyyətlə əlaqədar təkliflərlə bağlı görüş üçün müraciət etməsi məqsədəuyğun sayılıb. 
3) ATƏT-in Minsk qrupu həmsədrlərinin səfirlikləri qarşısında piketlər keçirilməsi qərara alınıb.
4) Milli Dirçəliş gününün 30 illiyi ilə bağlı Qarabağ Komitəsinin Dəyirmi Masa keçirməsi qərarlaşdırılıb.
5) Qarabağ Komitəsinin təşəbbüs qrupu, dayaq dəstələri və dəstək qrupları haqqında TƏLİMAT qəbul olunub.

 

Qarabağ Komitəsinin təşəbbüs qrupları, dayaq dəstələri və dəstək qruplarının yaradılması haqqında

TƏLİMAT

1. Bu təlimat tövsiyə xarakteri daşıyır və normativ qüvvəyə malik deyil.

2. Vətəndaşlığından, siyasi, dini, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir şəxs könüllü olaraq, öz təşəbbüsü ilə yaşadığı yerdə (şəhər, qəsəbə, kənd, məhəllə, küçə, həyət, ev, yataqxana, oxuduğu, təhsil müəssisəsi, iş (məşğuliyyət, müalicə ) yerində Qarabağ Komitəsinin dayaq dəstələrinin (dəstək qruplarının) yaradılması təşəbbüsü ilə çıxış edə bilər.
Bu maddənin birinci cümləsində göstərilən eyni yerlərdə ayrı-ayrı şəxslər müstəqil təşəbbüsçülər kimi çıxış edə, bir neçə dayaq dəstələri (dəstək qruplar) yarada bilərlər. Eyni zamanda təşəbbüslərin birləşdirilib təşəbbüs qrupları yaratmaları məqsədəuyğun hesab edilir. Bu zaman yarana biləcək hər hansı problemi və anlaşılmazlığı təşəbbüsçülər öz aralarında həll etməsi nəzərdə tutulur. Bu mümkün olmazsa təşəbbüsçüslər Qarabağ Komitəsinə müraciət edə bilərlər.

3. Qarabağ Komitəsinin dayaq dəstələrinin yaradılmasına təşəbbüs etmək Qarabağ Komitəsinin Əsasnaməsində bəyan edilən məram və məqsədlərin (o cümlədən Qarabağ Komitəsinin fəaliyyətinin qeyri-siyasi xarakter daşıması haqqında) qəbul edilməsini nəzərdə tutur. Bu, Əsasnamənin reqlament xarakterli müddəalarının tətbiq edilməsinin, o cümlədən QK-nin qərarlarının təşəbbüsçsü və dayaq dəstələri üçün məcburiliyi anlamına gəlmir.

4. Təşəbbüsçü və ya təşəbbüsçülər, təşəbbüs qrupu 3 nəfərdən az olmamaqla tərkibdə özlərini Qarabağ Komitəsinin dayaq dəstəsi (dəstək qrupları) elan edə bilərlər. Bu təlimatın birinci bəndinin birinci abzasında göstərilən yerlərdə bir neçə dayaq dəsətələri (dəstək qrupları) yaradıla bilər. Eyni zamanda eyni yerdə bir dayaq dəstəsinin (dəstək qrupunun) olması məqsədəuyğun sayılır. Dayaq dəstələrinin (dəstək qruplarının) yaranması prosesində anlaşılmazlıqlar yaranarsa və bunu həll etmək mümkün olmazsa Qarabağ Komitəsinə müraciət oluna bilər.

5. Yerdə bir təşəbbüsçü varsa o Komitəsi ilə münasibətdə əlaqəçi hesab olunur. Təşəbbüs qrupu, dayaq dəstəsi(dəstək qrupu) yaranırsa oradakı şəxslərdən biri əlaqəçi müəyyən edilir.

6. Təşəbbüs qrupları, dayaq dəsətələri (dəstək qrupları) öz fəaliyyətlərinin reqlamentini sərbəst şəkildə müəyyən edirlər. Qarabağ Komitəsinin Əsasnaməsindəki qaydalar əsas qəbul oluna bilər.

7. Təşəbbüs qruplarında (dayaq dəstələrində) birləşmiş şəxslər üzv yox, təşəbbüs qrupunda (dayaq dəstəsində) birləşmiş şəxslər hesab olunurlar.

8. Qarabağ Komitəsinin təşəbbüs qrupunda (dayaq dəstəsində) fəaliyyət göstərmək həmin şəxslərin aid olduqları digər ictimai, siyasi birliklərin üzvləri olaraq malik olduqları hüquq və öhdəliklərə heç bir məhdudiyyət qoymur və təhəddüd yaratmır.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button