Qarabağ Komitəsi mitinq qərarı verdi-29 SENTYABRDA!

Qarabağ Komitəsinin bu gün keçirilən iclasında “Qarabağa azadlıq!” tələbi ilə mitinq keçirilməsi haqqında qərar qəbul olunub və mitinq sentyabrın 29-na təyin edilib. Xural.com xəbər verir ki, mitinq “Qarabağa azadlıq!” şüarı ilə keçiriləcək. Qarabağ Komitəsinə daxil olan partiya və təşkilatlar, o cümlədən Müsavat partiyası, İslam partiyası, Xalq partiyası, Klassik Xalq Cəbhəsi partiyası, Vətəndaş Həmrəyliyi partiyası, Milli Demokrat partiyası, AĞ partiya, Qarabağ Azadlıq Təşkilatı və digərləri birgə fəaliyyət üçün mövqelərini bir daha nümayiş etdirib, Akif Nağı, Əvəz Zeynallı, Mirmahmud Mirəlioğlu, Akif Heydərli, Pənah Hüseyn, Felmar Əkbərov, İlqar Əli, Şakir Abbas, Sahib Musayev və digərləri çıxış edərək mitinqin kütləviliyinin təmin olunması üçün təkliflərini veriblər. İclasda həmçinin “Yurda qayıdış!” aksiyasında Komitə üzvlərinin iştirakı müzakirə olunub, sentyabrın 1-də keçirilən aksiyada Komitə üzvlərinin iştirakı məqbul sayılıb və bu ideyanın gündəmdə saxlanılması məqsədəuyğun hesab edilib. Komitə daha sonra digər məsələlərlə bağlı qərarlarını qəbul edib.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button