Qarabağ Komitəsi yekun qərarını mitinq tarixinə bir gün qalmış verəcək

Qarabağ Komitəsi növbəti toplantısını keçirib. Toplantıda təşkilati məsələlərə baxılıb və Sevinc Axundova yekdilliklə Qarabağ Komitəsinə üzv seçilib. Bununla da Qarabağ Komitəsinin üzvlərinin sayı 38 nəfərə çatıb. İclasda, eyni zamanda Qarabağ Komitəsinin üzvü Əvəz Zeynallı Komitənin mətbuat xidməti seçilib. Aytac Əmiraslanova və Ceyhun Tağıyev isə Əvəz Zeynallının köməkçiləri təyin olunublar.

İclasda daha sonra 24 noyabr 2018-ci ildə keçiriləcək mitinq məsələsi və mitinqə verilən rədd qərarından Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsinə olunan müraciət müzakirə olundu. Müzakirələrdə məhkəmənin verdiyi qanunsuz və siyasi mahiyyətli qərarın doğru olmadığı bildirildi. Belə ki, 24 noyabrda keçirilməsi istənilən mitinqin məhkəmə baxışının dekabrın 7-nə təyin edilməsi qanunlara və hüquqa zidd olmaqla birlikdə, həm də cəmiyyətə hörmətsizlikdir. Komitə hüquqi prosedurlara riayət etmək fikrində olduğunu bəyan etməklə birlikdə, onu da qeyd edir ki, Qarabağ Komitəsi 24 noyabr mitinqini hakimiyyət orqanlarının günahı ucbatından keçirməməyə məcbur qalır.

Aparılan gərgin müzakirələr nəticəsində qərara alındı ki, 23 noyabrda saat 11.00-da Qarabağ Komitəsinin İşçi qrupunun fövqəladə iclası çağırılsın və son qərar o iclasda verilsin. Sonda Qarabağ Komitəsinin canlı yayında mətbuat və cəmiyyət üçün brifinqi keçirildi.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button