Qarabağ Komitəsi yeni mitinq üçün partiyalara müraciət etdi – İŞÇİ QRUP YARADILDI

Qarabağ Komitəsi növbəti addımlarla bağlı məsələni müzakirə edib. Xural.com xəbər verir ki, Qarabağ Komitəsinin bir ay üçün səlahiyyət müddətli İşçi Qrupu yaradılıb. İşçi qrupuna Akif Nağı, Mirmahmud Mirəlioğlu, Pənah Hüseyn, İsgəndər Həmidov, Əvəz Zeynallı, İlham İsmayıl və Tural Abbaslı daxil olub.
Komitədə AXCP, Müsavat, Milli Şura, ReAL, YAP, AMİP, BAXCP, Böyük Quruluş, Liberal, Azadlıq, Böyük Azərbaycan, Aydınlar, Milli Dirçəliş, Ana Vətən, Ədalət və digər partiya, ictimai təşkilat, şəxslərə növbəti mitinqə hazırlıq işlərində iştirak üçün müraciət edilməsinə dair qərar qəbul olunub. Bu həftə ərzində onlara yazılı müraciət olunacaq.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button