Qarabağ Komitəsindən kampaniya: “Əli Hüseynli xalqdan üzr istəsin!”

Bu gün Qarabağ Azadlıq Təşkilatının ofisində Qarabağ Komitəsinin növbəti toplantısı keçirilib. Xural.com xəbər verir ki, saat 11.00-da Qarabağ Komitəsi İdarə Heyətinin toplantısından sonra ümumi yığıncağın iclası baş tutub. Gündəlikdə dayanan məsələlər aşağıdakılar olub:
 
1. Təşkilati məsələlər,
2. 16 fevral mitinqinin müzakirəsi,
3. Qərarların icrası vəziyyəti,
4. İctimai dinləmələrin keçirilməsi,
5. Cari məsələlər.
 
Komitə 16 fevral mitinqinə hazırlıqların necə getdiyi haqqında müzakirələr apardı. Qərara gəlindi ki, 16 fevral mitinqinə ciddi hazırlıqlara başlanılsın və mitinqə icazə verilərsə, 30.000 adamın meydana gəlməsi üçün lazım olan bütün addımlar atılsın.
Gündəlikdə dayanan digər məsələlər, Gürcüstanda qatil erməniyə qoyulan abidə və Komitənin ötən mitinqlər haqqında məhkəmə proseslərindən məlumat verildi. Qərara gəlindi ki, məhkəmə prosesləri Avropa Məhkəməsinə qədər aparılsın.
Taleh Əliyevin sədrlik etdiyi iclasdakı müzakirələrdə Akif Nağı, Pənah Hüseyn, Barat İmani, Tural Abbaslı, İsgəndər Həmidov, Şakir Abbasov, Südeyif Sadıqlı, Əvəz Zeynallı, Ramiz İbayev, Cəfər Baxış, Əlövsət Sadıqlı, Nəsimi Dadaşlı, Yusif Süleymanlı, Aytəkin İmranova və digərləri çıxışlar edib, fikirlərini bildirdilər.
Sonda “Qarabağ dinləmələri” oluB və bu dinləmələrdə Qarabağla bağlı baş verən son hadisələr müzakirə edilib. “Turan” İA-nın əməkdaşı Şahin Hacıyevin Ermənistana səfərə getməsi, orada qondarma soyqırım abidəsini ziyarət etməsi ilə bağlı erməni mənbələrinin yaydığı xəbərlər müzakirə olunub.
İclasda son günlər Tərtər rayonunun qorunub saxlanılmasında müstəsna rol oynayan mərhum Sərdar Həmidova olunan hücumlar pislənilib və deputat Əli Hüseynlinin verdiyi son bəyanat ikrahla qarşılanıb. Qərar verilib ki, Əli Hüseynlinin xalqdan üzr istəməsi haqqında kampaniyaya başlanılsın.
Qarabağ Komitəsinin brifinqi “Xural” qəzetinin youtube kanalından canlı yayınlanıb.
Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button