Qarabağ Komitəsinin 30 illiklə bağlı tədbiri-VİDEO&FOTO

Tədbirdə Milli Azadlıq Hərəkatının başlama tarixindən, onun inkişaf tendensiyalarından, Qarabağ probleminin yaranmasından danışılıb. 2 saatdan çox keçirilən tədbirdə onlarla adam iştirak edib

Qarabağ Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə noyabr ayının 15-də Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirilib. Tədbir 1988-ci ildə başlanan Milli Azadlıq və “Meydan” Hərəkatının 30 illiyinə həsr olunub. Tədbirdə Milli Azadlıq Hərəkatının başlama tarixindən, onun inkişaf tendensiyalarından, Qarabağ probleminin yaranmasından danışılıb. 2 saatdan çox keçirilən tədbirdə onlarla adam iştirak edib. Belə demək olarsa, BMM-in zalında əsl insan seli tədbiri izləyib. Bu insan seli tam 2 saat boyunca ayaq üstündə dayanaraq tədbiri sona qədər dinləyiblər. Son illərin Azərbaycanında bu tip tədbirlər və belə insan seli nadir yaşanan olaylardandır.
Xural.com-un kameraları tədbiri sona qədər lentə alıb. Biz Qarabağ Komitəsinin təşkilatçılığı ilə keçirilən bu tədbiri tamaşaçıların diqqətinə təqdim edirik.

 

Tədbirdən fotoların yaddaşında qalanlar:

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button