Qarabağ savaşının qaranlıq tərəfləri… – Məşhur alimin ilginc faktlarla dolu araşdırması!

Azərbaycanda çoxları Qarabağ savaşı haqqında elmi və bədii ədəbiyyatın azlığından şikayətlənirlər. Hətta tanınmış yazıçılardan biri bizdə niyə müharibəbə ədəbiyyatının yaranmadığı barədə suala qəribə “arqument”lə cavab vermişdi: “Hələ vaxtı gəlməyib… Unutmayaq ki, Tolstoy “Hərb və sülh”ü Fransa-Rusiya müharibəsində 50 il sonra yazmışdı”.
Əlbəttə, bu cür yanaşma ilə razılaşmaq mümkün deyil; nəzərə alsaq ki, Qarabağ savaşı hələ başa çatmayıb və son vaxtlar münaqişənin yalnız hərb yolu ilə həll edilməsinin mümkünlüyünə dair daha ucadan danışmağa başlayıblar, o zaman bu savaşı yaradan səbəbləri və səbəbkarları daha yaxşı tanımaq, birinci Qarabağ müharibəsinin gedişatı ilə bağlı təfərrüatları dərindən bilmək üçün elmə və bədiii ədəbiiyatın yaradılmasının nə qədər vacib olduğu ortaya çıxar. Bu, ən azı mümkün müharibə zamanı Azərbaycanın uğur əldə etmə imkanlarını artırar, hərbi gücünə güc qatardı.
Eyni zamanda qeyd etmək lazımdır ki, Qarabağ münaqişəsinin hərbi və siyasi aspektləri barədə ədəbiyyatın tamamilə yoxluğundan danışmaq da ədalətsizlik olardı. Belə ki, görkəmli alimimiz, mineralogiya elmləri doktoru professor Çapay Sultanov bu istiqamətdə çoxillik dərin araşdırmaların müəllifidir. Alimin www.sultanov.azeriland.com şəxsi internet səhifəsinə daxil olanlar onun son illərdə yaxın tariximizin bu və ya digər aktual mövzularını əhatə edən araşdırmalarının nəticəsi olan əsərləri oxuya bilərlər.
İndi sizə Ç.Sultanovun Qarabağ savaşını yaradan, savaşın ilk mərhələsində işğalçı tərəfin üstünlüyünü təmin edən səbəblərə və səbəbkarlara işıq tutan ilginc faktlarla zəngin məqaləsini təqdim edirik. Əminik ki, bu məqalə savaşın tarixini öyrənməyin zərurətini bir daha ortaya qoymaqla bərabər, oxşar elmi təşəbbüslərin meydana çıxmasını da stimullaşdıracaqdır.
“Uzaqgörənlik üçün bilgi, qurtuluş üçün uzaqgörənlik lazımdır”
O.Kont
II HİSSƏ
O illərdə Moskvanın Qırmızı Meydanında keçirilən hərbi paradda onları hələ nümayiş etdirməmişdilər.
Azərbaycan ordusu Sovet qoşunlarının Almaniya ilə müharibədəki vəziyyətindən də müqayisəyə gəlməz dərəcədə pis durumda idi. Heç kim T-80 tankının döyüş və digər keyfiyyətlərini, onunla necə mübarizə aparmaq üsulunu düz-əməlli bilmirdi. Həmçinin ermənilərdə bu tankdan bir deyil,onlarla idi.
Yaxşı məlumdur ki, buna bənzər yeni texnologiyaların müharibədə tətbiqi zamanı həmin növ silahların istehsalıyla əlaqəli mütəxəssislərin də müharibədə iştirakı vacibdir. Onlar əllərindən gələni edirlər ki, icad etdikləri silahın effektivliyini iş başındaca göstərsinlər.
Faktiki olaraq azərbaycan torpaqları T-80 tanklarının real döyüş şəraitində sınaq poliqonuna çevrilmişdi!
Təəssüf ki, bunlar şərəfsizcəsinə aparılan sınaqlar idi – azərbaycanlıların sursatının içində NATO-nun kompyuterlə idarə olunan tank əleyhinə qurgusu yox idi! Bax belə qeyri bərabər döyüşlər gedirdi.
Aşagıda göstərilən nümunə də erməni tərəfinin qələbəsinə öz töhfəsini verir.
“1993-cü il iyunun 18-də  40 tankdan ibarət erməni birləşmələri ”Qradların”, quru qoşununun və 20 ədəd Ми-24 helikopterinin dəstəyilə şimaldan Agdama yaxınlaşır. Agdam rayonu ugrunda bir aydan artıq davam edən qızgın döyüşlərdən sonra iyulun 24-25-də şəhər ələ keçirilir”. Göründüyü kimi, Ermənistana bagışlanmış bütün silah-sursat hətta gülləsinəcən rus-sovet istehsalıdır.
Həmin qüvvəylə İkinci Dünya Müharibəsi zamanı həm sovet, həm alman ordusu kiçik şəhərləri ələ keçirirdiedirdi, burada isə amerikalı senatorların da dediyi kimi, – “etnik Qarabag erməniləri”!
SSRİ dagıldıqdan sonra bir neçə döyüş təyyarəsi Azərbaycana qaldı, bu da onlara ilk vaxtlar səmada agalıq etməyə imkan verirdi. Ancaq burda da xarici faktor öz sözünü dedi – erməni tərəfdə əllə idarə olunan hava hücumu əleyhinə daşınan qurgular və onların təlimatçıları peyda oldular. Bir neçə ay ərzində Azərbaycan demək olar ki, özünün bütün döyüş təyyarələrindən məhrum qaldı. Onları hər vurulan təyyarə üçün 3000 dollar mükafat qarşılıgında təlimatçılar vururdu.
Hərbi əməliyyatlar hər iki tərəfin adi texniki təchizatlara uyuşan səviyyəsində aparılırdı, lakin ən böhranlı məqamlarda hərbi əməliyyatların fəaliyyət göstərdiyi ərazilərdə döyüşün aparılması üçün yeni texnoloji element ortaya çıxırdı.
Bu hərbi əməliyyatlar zamanı hava məkanının ası isə heç şübhəsiz, Vaqif Qurbanov olub.
1992-ci il aprelin 8-də Azərbaycan aviasiyası özünün ilk Су-25 hücumçu-döyüş təyyarəsini əldə edir. Onu 1967-ci il təvəllüdlü, Borisoqlebsk pilot məktəbinin məzunu, baş leytenant Qurbanov Vaqif  Bəxtiyar oglu 80-ci xüsusi hücumçu aviaalayın yerləşdiyi Sitalçay aerodromundan öz həmvətənlərinin  –  təyyarənin texniki – leytenant Məmmədovun və aviamexaniki  praporşik Quliyevin köməyilə qaçırmışdı. Pilot təyyarəni uçuşa hazırlayır və  Yevlax sərnişin aerodromuna uçur, bir ay sonra isə oradan döyüş uçuşları həyata keçirməyə başlayır.
Şəkil 15. Azərbaycanın Milli Qəhrəmanı pilot Vaqif Bəxtiyar oglu Qurbanov
Qurbanovun  Су-25-lə iki günlük uçuşu zamanı – 8 və 9 may 1992-ci ildə erməni silahlı birləşmələri 30 nəfər ölü və 120 yaralı verir.
Qurbanovun  Су-25-i  erməni tərəfdən muzdla döyüşən  mayor Aleksandr Qorçakovun idarə etdiyi rus döyüş helikopterinə raketlə hücuma keçir. Mayın 9-da Azərbaycanın döyüş helikopterləri Şoş kəndində erməni quldurları üzərinə hücuma keçir. Qurbanov  diversantları qoruyan Як-40  erməni təyyarəsini görür və anındaca vurur.
Qurbanov həmçinin Martuni rayonunda, Əskəran rayonunun Şoş və Xramort kəndlərində, eləcə də Virinşen və Ay Parisdə gedən döyüşlərdə  düşməni çoxlu sayda itkilərə məruz qoyur.
Separatçılarla əməkdaşlıq edən rus komandanlıgı Qurbanovun təyyarəsini məhv etmək əmri verir. Daha sonra məlum olur ki, Qurbanovun idarə etdiyi  Су-25 Azərbaycan hücumçu-təyyarəsini yaxalamaq üçün 1992-ci ilin aprelindən Gürcüstanın Vaziani aerodromunda 2 ədəd МиГ-23 həmişə hazır vəziyyətdə saxlanılırmış.
1992-ci il iyunun 13-də Azərbaycan silahlı birləşmələri agır itki verir – Vaqif Qurbanov vurularaq qəhrəmancasına şəhid olur. Ölümündən sonra pilot “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür.
Mərkəzi telekanallar anında məlumat yayaraq bildirdilər ki, Vaqif Qurbanovu Qarabagdakı erməni quldur dəstələri vurub və sübut üçün təyyarənin qalıqlarını göstərdilər. Ancaq bu, büsbütün yalan idi. Onu rus hərbçiləri hədəfi aşkar etmə və vurma üçün nəzərdə tutulan xüsusi cihazdan yararlanaraq vurmuşdular.
O illərdə Azərbaycanın hərbi aviasiyasının  məhv edilməsi də çoxsaylı suallar dogurur.
Bəzi hərbi mütəxəssislərin də vurguladıgı kimi, əvvəlcə Azərbaycan aviasiyasına ermənilərin kifayət qədər zəif HHM-i müqavimət göstərirdi – 6 ədəd zenit raketi ЗУ-23-2, 4 ədəd özüyeriyən ЗСУ-23-4 Шилка, 4 ədəd 57-mm-lik zenit raketi С-60 və onlarla köhnəlmiş ПЗРК “Стрела-2М”. Rusiya danışıqları pozaraq Ermənistana 8 ədəd 57-mm-lik zenit raketi С-60 verir və bunula da vəziyyət qəfil dəyişir.
“Tezliklə Yerevandan Laçın dəhlizi vasitəsilə Qarabaga 8 ədəd 57-mm-lik С-60 zenit raketi gəlir. HHM-in gücləndirilməsi məqsədilə o qurgulardan ikisi Mardakert  yüksəkliklərinə göndərilir”.
Mixail Jiroxov yazır: ”1992-ci ilin oktyabrında Laçın dəhlizində erməni kolonlarının bombalanması cəhdləri qeydə alınır. Belə ki, o dövrdə Ermənistanın döyüş təyyarələri yox idi, Azərbaycan HHQ-i havada heç bir müqavimətlə qarşılaşmırdılar. Lakin Ermənistanın keçmiş Sovet ordusunun texnikasını göndərməsilə Qarabag erməniləri güclü HHM sistemi qura bildilər. Artıq onlarda olan ЗСУ Шилка və ПЗРК-lara “Оса” və “Круг” mobil raket kompleksləri də əlavə edildi ki, bu da tezliklə Azərbaycan aviasiyasında itkilərlə nəticələndi”.
Qərb KİV-ləri məlumat verirdilər ki, 1992-ci ilin 7 dekabrında Martuni rayonunda qurudan atəş nəticəsində azərbaycanlılar Ми-24 və növbəti Су-25-i itirdilər, 1993-cü il yanvarın 15-də erməni HHM-i  Azərbaycan  HHQ-nə  məxsus  МиГ-21-i  vurmaga nail oldu.
Azərbaycan mənbələri  1993-cü ilin payızına qədər HHQ-ə məxsus itkilərin növbəti siyahısını açıqlayırlar: 1 МиГ-21,1 МиГ-23, 2 Су-25, 2 МиГ-25 РБ,1 МиГ-25 П, 3 Л-29. İstisna deyil ki,itkilər  çox olub.
1993-cü ilin əvvəllərində Azərbaycanda 14 Ми-24-dən cəmi səkkizi qalmışdı.
Buradan da görünür ki, erməni tərəfinin “təmiz qələbə” qazanmasından söhbət belə gedə bilməz. Azərbaycana qarşı  de-fakto olaraq iki müttəfiq hərbi güclər – Rusiya və Ermənistan birlikdə müqavimət göstərib.
Bu müttəfiqliyə başqa bir nümunə.
Hüquqi cəhətdən də Azərbaycana məxsus olan Azərbaycan təyyarələri, nəinki səmada, həm də yerdə məhv edilirdilər.
Yuriy Qirçenko yazır: “Hər şey pis olmazdı, lakin hərbi hissədə olan təyyarələrlə baglı məsələ həllini tapmamışdı. Dogrudur, hissədə uçuş zolagı yox idi – bu faktdır. Ancaq təyyarələr varıydı. Onlar təlim meydanında durmuşdular. Təyyarələrin sayı çox deyildi və onların əksəriyyəti hər saniyə döyüş tapşırıgını yerinə yetirməyə hazır deyildi, ancaq yenə də bunlar elə də pis təyyarələr deyildilər. Siz baxın: Л-29 “Дельфин”, Л-39 “Альбатрос”, Су-15, Су-15 ТМ, МиГ-19, МиГ-21, МиГ-25. Hərəsindən də 2-3 ədəd.
Noyabrın sonlarında hərbi hissənin komandiri qorxusundan belə bir qərar qəbul elədi : təyyarələr yerli quldurların (o, azərbaycanlıları nəzərdə tuturdu-Müəl.) əlinə keçməsin deyə, onları yararsız vəziyyətə salmaq lazımdır. Bunu necə etmək olar? Çox sadə!
Yük maşınları və dartıcı maşınların köməyilə biz təyyarələri Qusar çayının üstündəki uçuruma daşıyır və oradan aşagı buraxırdıq. Uçurum çox hündür idi deyə, oradan düşən təyyarələr darmadagın olurdu.
Yerli camaat təyyarələrin qalıqlarını,hissələrini iki günə daşıyıb apardı. Kiminə su quyusu üçün yanacaq nasosu lazım idi, kiminə yay hamamı üçün yanacaq çəni… Beləliklə, bizim təyyarələr quldur qruplaşmalarının əlinə keçmədi”.
“Ac həriflər hər işə gedər”! O dövrdə Sovet qoşunlarının məlum hissəsi erməni quldur birləşmələrinin bir hissəsiydi.
Bir həqiqət məlumdur ki, sovet silahlı qüvvələrinin bir sıra qərargah zabitləri sovet dövründə “Tamamilə məxfi” qrifi altında erməni tərəfinə hərbi əməliyyatların detallı xəritəsini verdi. Erməni aviasiyasının Ermənistandan hərəkət xarakterinə baxanda heç bir şübhəyə yer qalmır ki, erməni helikopterləri bölgənin baza məlumatları ilə təchiz olunublar, hansı ki, pilotlar bunu “kompyuter örtüyü” adlandırırdılar.
Əlbəttə ki,erməni tərəfdə rus hərbçiləri vuruşurdular.
Erməni qruplaşmalarının Kəlbəcəri rus hərbçiərinin köməyilə işgal etməsi bu gün məlum həqiqətdir, o vaxt da bu məlum idi – “…Kəlbəcərə hücumlar Ermənistanın qərb ərazilərindən və Daglıq Qarabagdan – şərqdən həyata keçirilib”  – “Times” yazırdı.
2013-cü ilin avqustunda Rusiyanın məhşur politoloqu Kurqinyan öz müsahibəsində hərfbəhərif belə demişdi: ”Bu gün yaxşı məlumdur ki, Kəlbəcərin işgalında rus hərbçiləri iştirak ediblər. Əgər lazım olsa mən bunu sübut edəcək təkzib olunmaz faktlar gətirərəm”. Bu,vacib deyil! Belə sübutlar Azərbaycanın özündə də kifayət qədərdir.
“The Financial Times” qəzeti məlumat yaymışdı ki, Qarabag konfliktində Moskva birmənalı olaraq Ermənistanın yanında yer almışdır: “Azərbaycan ordusu tərəfindən vurulan Rusiya SQ-nə məxsus helikopterlərin, həmçinin tankların və digər texnikaların Gümrüdəki (Ermənistan) və Axalkalakidəki (Gürcüstan) rus hərbi bazalarına məxsus olması buna sübutdur”.
Şəkil 16. Zəngilan. Daglıq Qarabag, 1990-cı il. Erməni tərəfdə vuruşan rus hərbçiləri.
“Rusiyanın dəstəyilə Ermənistanın daha güclü silahlı qüvvələri rəqibinin atəş üstünlüyünə tab gətirməyən Azərbaycan ordusunu məglubiyyətə ugratdı. Ermənistan Daglıq Qarabagı  və ətraf ərazilərin əhəmiyyətli hissəsini ələ keçirdi”, – “Fronter Resurs Korporeyşn”ın vitse prezidenti, fəlsəfə doktoru Robert E.Berls Djr. yazırdı.
Şəkil 17. Öndə “Daglıq Qarabag Respublikası” özünümüdafiə qüvvələri Stepanakert alayının 8-ci atıcı bölüyünün döyüşçüləri. Laçın dəhlizi ərazisi, avqust 1992. Fizuli rayonuyla sərhəddə Suarası kəndinin ətrafında. 3 və 5 (soldan saga) şəkildə – sovet ordusunun hərbçiləri. Mənbə: wikipedia.org
Ayrı-ayrı jurnalistlərin,  politoloqların, hərbçilərin, hadisə şahidlərinin Rusiya mətbuatına dediklərində tez-tez rast gəlmək olar ki, rus hərbçilərinin erməni tərəfdə döyüşməsi faktı dogrudur, ancaq Azərbaycan tərəfdə də onların sayı az olmayıb. Əlbəttə, bütün bunlar həmişə oldugu kimi onların məkrindən irəli gəlir! Bəli, dogrudur, Azərbaycan tərəfində müəyyən sayda rus hərbçiləri döyüşüblər, ancaq bu, bölük, qrup şəklində olmayıb. Onlar barədə  bu məşhur ifadəni demək olar: “Özüyçün gəzən pişik”. Ermənistan tərəfdə isə böyük həcmdə qoşun növlərini özündə birləşdirən, yaxşı silahlanmış, Rusiya ali rəhbərliyinin tələblərinə cavab verən rus hərbi maşını döyüşürdü. Odisseyada deyildiyi kimi: ”Bunlar iki böyük fərqli şeylərdir!”
Şəkil 18. Ми-8 Stepanakertə (hazırki Xankəndi) növbəti partiya silah-sursat gətirir.
Foto : ИТАР-ТАСС. Mənbə:www.airwair.ru
Digər xarici faktor isə hərbi əməliyyatlar keçirilən əraziyə könüllülərin axışıb gəlməsiydi.
Əgər hərbi əməliyyatlar keçirilən zaman Azərbaycan ordusunda onların sayı yüzlərləydisə, erməni ordusunda onların sayı minlərləydi.
Dünyanın hər yerindən DQMR-na terrorçular və döyüşçülər cəm olmuşdular – onlar lokal müharibələrdə, iri terror əməliyyatlarında aktiv fəaliyyət göstərmiş, belə demək mümkünsə, bu baxımdan peşəkarlaşmışdılar. Misal üçün, Monte Melkonyan:1978-ci ildə Beyrutda döyüşüb, Bürc Həmudda, Romada, Afinada və digər yerlərdə əməliyyatlar həyata keçirib; 90-cı illərdə Qarabagda Buzluq, Manaşid, Ərkəc ugrunda döyüşlərdə iştirak edib;1992-ci ildə Maçkalaşen (Qarabagın cənub qapıları) kəndi ugrunda gedən döyüşlərdə iştirak edib; 1993-cü ildə Martuni rayonunda döyüşüb. Lokal miqyaslı müharibələrdə belələri  əhəmiyyətli rol oynayırlar.
Məlum oldugu kimi, könüllülər – özlərinə inanan, lakin hərbi məsələlərdə az hazırlıqlı adamlar olurlar. Digər məsələ isə – muzdlulardır. Onların peşəsi – vuruşmaqdır. Bu gün muzdluluq kifayət qədər baha başa gəlir.Azərbaycanın muzdlulara ehtiyacı, ermənilərin isə muzdlulara verməyə vəsaiti yoxdur.
“Pul yoxdur, isveçrəli də yoxdur” – bunu müflisləşmış kral 1-ci Fransiskə onu çətin dəqiqələrdə atıb getmiş isveçrəli muzdlular demişdilər.
Müəllif vurgulayır ki, bu müharibə kiməsə lazımdır, ancaq nə Azərbaycana nə də Ermənistana lazım deyil!
Ermənistan üçün əfsanəvi dövrlər arxada qaldı – heç şübhəsiz, işgal olunmuş Azərbaycan torpaqları və onun üzərindəki hava məkanı bütünlüklə Azərbaycandakı izləmə sistemlərinin və Azərbaycan peyklərinin nəzarəti altındadır.
Bu gün Ermənistan Azərbaycan qarşısındakı vacib üstünlüklərinin birindən də məhrum olub – könüllülərdən və muzdlulardan.
Hətta Leontyevin danışdıgı “ümumi sərhədlər” variantında da işgal olunmuş ərazilər bu “sərhədlərə” daxil olmayacaqlar!
Ara- sıra döyüşçü bəyanatları da olub, misal üçün, ”Arabo” dəstəsinin veteranları guya yeni müharibəyə hazırdırlar.
Artıq hərbi-strateji əhəmiyyətli digər suala da aydınlıq gətirmək zamanıdır.
Yaxşı məlumdur ki, separatizm üçün dayaq bazaları vacibdir. Koçinos buxtasını ələ keçirtmək istədikləri zaman Fidel Kastronun kubalı rəqibləri bunu necə etmək istəyirdilər – yəqin ki, hamının yadındadır. Kastro onların hamısını okeana tulladı. Bu gün Rusiya Ukraynada – Donetsk və Luqanskda dayaq məntəqələri qurmaga cəhd göstərir.
Separatizmin təzə başladıgı vaxtlarda, hələ Bakıda dənizdən “hava dəyişikliyi” – yəni məsələnin həllini Moskvadan gözləyəndə, ermənilər DQMR  qüvvələrindən istifadə edərək Azərbaycanla sərhəddə dayaq bazalarının diffuziya sistemini yaratdılar.
Döyüşçülər Ermənistandan Kəlbəcər rayonu ərazisinə girdilər, o vaxtkı Şaumyan (indiki Goranboy) rayonuna soxuldular və Ərkəc, Manaşit, Buzluq kəndlərindən keçərək Mardakert rayonuna girdilər. Belə bir cıgır Hadrut rayonunda da var idi, belə ki, onlar bura Ermənistandan Qubadlı rayonu vasitəsilə gəlib çıxmışdılar. Növbəylə işləyirdilər – iki həftədən bir növbəlik əsasında.
Ermənistandan helikopterlərlə bu bazalara uçub gələn döyüşçülər yaxşı təchiz edilmişdilər, bir çoxları ovçu libası geyindirilmiş, yaxşı silahlarla silanmış, müasir ötürücülərə malik, bir sözlə, təxribat törətmək üçün hər bir şeylə təmin edilmişdilər. Bütün bunlar xaricdən Ermənistana heç bir problemsiz gətirilmişdi. Necə ki, o illərdə “Совершенно секретно”-nun müxbiri Kislinskaya yazırdı: “O vaxtlar xaricdən Ermənistana fil də gətirmək olardı”.
General-leytenant Qraç Amayakoviç Andresyanın vəfatı xəbərini yayan Ermənistan MTN yazır: “1992-ci ilin yayında hərbi əməliyyatların qızgın dövründə Yerevandan Stepanakertə iki  Ми-24 helikopterinin müşaiyəti ilə  bortunda müdafiə nazirinin birinci müavini  general-leytenant Q.A.Andresyan olan Ми-8 komandir helikopteri uçur. Pilot kabinəsində – birinci sinif pilot podpolkovnik B.E.Xaçaturov  və HHQ komandanı polkovnik A.S.Abramyan var. Azərbaycanın Qubadlı rayonu üzərindən keçən zaman helikopterlər atəşə tutulur və bizim hər iki Ми-24 aldıqları zədə nəticəsində 10 dəqiqə intervalla düşmən ərazisinə məcburi eniş edirlər.
Heç bir təhlükəyə baxmayaraq general Andresyanın əmriylə Ми-8 zədəli helikopterlərin eniş etdikləri yerə uçub iki dəfə eniş edərək azərbaycanlıların nəzarətində olan ərazidən hər iki helikopterin heyətini borta alıb xilas edir. Möcüzə nəticəsində salamat qalan Ми-8  Gorusda eniş edəndə onun üzərində 16 dəlik saydılar.
Bax bizim general belə cəsarətli və fədakar, hərbi yoldaşlıga sadiq bir insan olub”, – bunları hərbi rəis haqqında onu həmin uçuş zamanı müşayət edən və hava döyüşü zamanı yaralanan, o dövrdə Ermənistan SQ BQ kəşfiyyat rəisi, əfsanəvi “əfqan”, buna qədər yüksək vəzifələr tutmuş  – Əfqanıstan SQ BQ Kəşfiyyat idarəsinin casus kəşfiyyatının rəis məsləhətçisi və Cənub istiqaməti qoşunları qərərgahının Kəşfiyyat İdarəsinin xüsusi kəşfiyyat şöbəsinin rəisi polkovnik İ.Q.Qukasov deyirdi.
On altı zirehdəlici güllə – helikopter və içindəkilər sag salamatdırlar.
Ginnesin rekordlar kitabına düşəsi bir epizod!
Digər nümunələr:
SSRİ DİN DQ-nın əlahiddə təyinatlı Sofrinsk briqadasının xüsusi təyinatlı təlim bölüyünün keçmiş komandir müavini, hazırda Moskvada xüsusi mühafizə idarəsinin rəhbəri leytenant Şakir Əhmədovun müsahibəsindən:
“ – Şakir Fəridoviç, sizin rəhbərliyiniz altında keçirilmiş Ermənistanın Gorus rayonunda erməni  döyüşçülərin tərkisilah edilməsi xüsusi əməliyyatı Rusiya daxili qoşunlarının metodiki tədris materialları məcmuəsinə daxil edilib, sizin fəaliyyətinizin ali hərbi məktəblərdə öyrənilməsi tövsiyyə olunur. Zəhmət olmasa, o əməliyyat haqqında ətraflı danışardınız, – müxbir B.Batıyev Şakir Əhmədovdan soruşur.
– Bizim bölüyümüz onda Qubadlı rayonunda yerləşmişdi. O əməliyyat isə 1990-cı il aprelin  6-da Ermənistanın Gorus rayonunun Şurnuxu ərazisində keçirilib. Mən onda xüsusi əməliyyatlar və  xüsusi təlim bölüyünün komandir müaviniydim. Əvvəlcə kəşfiyyat Şurnuxu qəsəbəsi ətrafını yoxlayıb öyrəndi, orada silahlı adamlar aşkar etdi.Təxminən 03.00 radələrində biz tapşırıq nöqtəsinə yollandıq. Dəstədə 15 nəfər idi – üç zabit, qalanları çavuş və əskərlər.
Hər şey filmlərdəki kimi baş verdi: dəqiq və cəld, döyüşçülər hətta nə baş verdiyini anlamadılar. Bu xüsusi əməliyyat uzagı 6 dəqiqə çəkdi. Bir az ermənilərin posta qoydugu növbətçiyə görə yubandıq, ancaq bizim döyüşçümüz onu əlinin bir hərəkəti ilə “götürdü”.
– Bu xüsusi əməliyyat nəticəsində neçə erməni döyüşçüsü götürə bildiniz?
– Əgər yaddaşım məni yanıltmırsa, orda 30-32 adam var idi.
– Bu döyüşçülərin sonrakı taleyi necə oldu?
– Döyüşçülərin Qubadlıya aparılmasında  balaca əngəllər yaşandı, belə ki, onları müşayiət etməyə kimsə yox idi, axı mühafizə tagımı orda deyildi. Məcburən özümüz onları Qubadlıya qədər müşayiət etdik. Bir müddətdən sonra qəfil əmr gəldi ki, onları buraxaq, hansı ki, tutulan sənədlərə əsasən niyəsə onlar Ermənistanın xüsusi təyinatlıları çıxmışdılar.
– Belə bir əmr kimdən gəlmişdi?
– Hərbi dairənin qərargahından…Əmrə tabe olmaq lazım gəldi və onları geriyə Ermənistana yolladıq.
– Erməni döyüşçülərdən hansı hərbi təchizat və silahlar götürdünüz?
– Onlarda çoxlu sayda silah və sursat varıydı: Kalaşnikov pulemyotunun lentləri, tüfənglər, lüləsi kəsik tüfənglər. Həmçinin hərbi geyimlər, ”Motorola” radiostansiyası və onun enerji ehtiyatları götürüldü. Onların silah və sursatının bir çoxu isə sovet istehsalı deyildi. Tutulanlar özləri etiraf etdilər ki, onların silahları elə də çox deyil, ancaq istənilən vaxt hava yolu ilə əldə edə bilərlər”.
Belə hesab edilir ki, ilk hava döyüşü 1992-ci il martın 3-də baş tutub. Ми-26  Rusiya hərbi nəqliyyat helikopteri  Ми-24 döyüş helikopterinin müşayiətilə Ermənistan ərazisindən qalxaraq ermənilərin yaşadığı Gülüstan kəndinə döyüşçülərə silah, sursat və ərzaq apardı.
Bu, Ми-26  Rusiya hərbi nəqliyyat helikopterinin ilk reysi olmasa da, sonuncu reysi oldu. Geri Ermənistana qayıdarkən Azərbaycan Ми-8-i ona hücuma keçdi. Ми-26 və Ми-24 arasında şiddətli döyüş başlanır.Yerdən köməyə gəlirlər – dəqiq atılmış ПЗРК raketi Ми-26-ya dəyir və o yanaraq azərbaycanın Seyidlər kəndi yaxınlıgında yerə düşür.
Telemüxbir Andrey Karaulov “DQR”-in o vaxtki “prezidenti” R.Koçaryana sual verir: “Bəs Ermənistan sizə kömək edirmi?”  “Nəyə görə? Bu bizim müharibədi”. Bu romantik cavab dəfələrlə Rusiya telekanallarında dolaşdı.
Londondakı Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun məlumatına görə, 1993-cü ildə Azərbaycan ərazilərinə səkkiz min erməni hərbi qulluqçusu yerləşdirilib.
Burada digər vacib məqamı da vurgulamaq lazımdır – erməni tərəfin buna bənzər əməliyyatları keçirməsi üçün kifayət qədər dolları olub. Azərbaycanda bu qədər dollar yalnız bir neçə adamda vardı, onlar da Qarabag problemindən kənarda dayanmışdılar.
Ermənilər Sovet ordusundan irimiqyaslı məxfi xəritələr, gecə görmə cihazları alırdılar, ”icarəyə” Sovet Ordusundan heyətli helikopterlər götürürdülər, hansılar ki, gələcək hərbi əməliyyatlar bölgəsinə hər növ yük daşımaga qadir idilər. Bu barədə çox uzun danışmaq olar.
Bu cür hazırlıqlı, təchiz edilmiş real hərbi gücə qarşı ilk vaxtlar Azərbaycan milisi mübarizə aparmalıydı.
Ermənistan tədricən  Azərbaycanın geniş ərazilərinin gələcək hərbi əməliyyatlar bölgələrində diffuziyaedici dayaq məntəqələri qurdu. Bu işləri çətin əməliyyatlar adlandırmaga adamın dili gəlmir, belə ki, əyani  olaraq lazımı səviyyədə heç kim buna müqavimət göstərmirdi. Ən pisi isə-Mərkəz hər dəfə Ermənistan və qarabag separatçılarına göz yumurdu. Hər şey “limonad Djo”-dakı kimi cərəyan edirdi, hansı ki, onu tuta bilmirdilər, çünki, heç kim onu tutmurdu.
Bu siyahını əhəmiyyətli dərəcədə uzatmaq olar, ancaq göstərilən faktlardan da aydın görünür ki, erməni tərəfin qələbəsində bir çox suallar var idi və qalmaqdadır. Bu isə bir başqa söhbətin mövzusudur.
Ən gülməlisi və bununla yanaşı ən irgənci o idi ki, mərkəzi televiziyada əvvəldən axıracan Şuşanın daglıq hissəsində durmuş və  hərdənbir atəş açan məqamda  tənha “Qrad”-ı göstərirdilər. Bu da seyrçilərə Azərbaycanın möcüzə silahı kimi çatdırılırdı. Əvvəla, belə “Qradlar” erməni ordusunda kifayət qədər idi (şəkil 19), ikincisi isə müəllifin özündə hələ o vaxtlar belə fikir formalaşmışdı ki, tənha “Qradı” qəsdən vurmayıblar ki, bütün SSRİ-yə Bakının təcavüzkar oldugunu nümayiş etdirsinlər. Bu “Qrad” müharibənin simvolu olsa da, həlledici hadisələr başqa məkanlarda cərəyan edirdi.
Şəkil 19. Ermənilərə aid РСЗО БМ-21 “Град”-ın atəşi. Martuni rayonu, 1993-cü il. Bunu bir dəfə olsun, mərkəzi televiziyada göstərməyiblər, ancaq Şuşadakı “Град”-ı  on dəfələrlə göstəriblər.
Bu “Град” məlul-məyus halda Stepanakerti atəşə tutan zaman orada Şuşanın işgalına hazırlıq gedirdi.
İndi bütün bu yuxarıda sadalananlar keçmişdə qalıb – dünyada və yerli iqtisadiyyatdakı  böhrana baxmayaraq, hərbi strateji araşdırma mərkəzlərinin də məlumatlarında deyildiyi kimi, Azərbaycan özünün çox güclü ordusunu qura bilmişdir.
“Xarici dövlətlərin hərbi potensiallarının qiymətləndirilməsi elmi-hərbi araşdırmaların ənənəvi olaraq aktual  tapşırıqlarından  biri sayılır. Bu tapşırıgın həlli metodologiyası elə də asan deyil, belə ki, fərqli resursları xarakterizə edən müxtəlif göstəricilərlə işləmək lazım gəlir. Onlara bu və ya digər çəki əmsalları verilir, hansı ki, potensialın son həddində bu resursların nə verəcəyini kompleks göstəricilərlə ümumiləşmiş şəkildə ifadə edir. Bir az bütöv və ümumiləşmiş şəkildə böyük funksional sistemlərin kompleks qiymətləndirilməsi metodologiyası (məhz dövlətin hərbi potensialı bu sistemin özüdür) Y.M.Qorskiy tərəfindən onun bir sıra bəzi ümumiləşmiş kəmiyyət göstəriciləri tətbiq olunmaqla dövlətlərin enerji, informasiya və maddi resurslarının inteqral xassələri müəyyənləşdirilərək işlənib hazırlanıb”. Buna bənzər son araşdırmalardan biri  Kral İnstitutu Birləşmiş Müdafiə Araşdırmaları tərəfindən (RUSI)aparılıb, onun nəticələri isə “RUSI Journal” jurnalında dərc olunub. Bu araşdırmadan onun  özünəməxsuslugu  görünsə də, çox güman ki, məqalənin müəllifi Maykl Kodner institutda işlənib hazırlanmış metodologiyanın bütün incəliklərini işıqlandırmayıb. Beləliklə, hərbi potensial (Martial Potency) İngiltərə araşdırmaçılarına görə, bu şəkildə müəyyən edilir – “dövlətin bacarıgını xarakterizə edən böyüklük bundadır ki, silahlı qüvvələrini hərəkətə gətirib öz ərazilərindən kənardakı hadisələrə təsir edə bilsin”.
Источник: «GlobalFirePower»
Şəkil 20. Dünya ölkələrinin hərbi qüdrətinə görə sıralanması
Mənbə: ”GlobalFirePower”
20-ci şəkil Azərbaycan silahlı qüvvələrinin gücü haqqında tam təsvir yaradır. O silahlı qüvvələrinin gücünə görə dünyanın aparıcı ölkələri sırasında boy göstərə bilir. Bu şəkil 20-dən çoxlu hərbi-siyasi nətiçələr çıxarmaq olar, ancaq bizi ilk növbədə Cənubi Qafqazda güclərin paylanması maraqlandırır.
15-20 il bundan əvvəl Azərbaycan ordusu belə deyildi. Bu gün  dünya üzrə sıralanmada o,50-ci yerdədir. Razılaşın ki, sıçrayış fenomenal dərəcədədir. Həmçinin  Azərbaycan ”GlobalFirePower”-a görə Rumıniya, Portuqaliya, Argentina,Yunanıstan, Macarıstan, Bolqarıstan və digər yüzillik təcrübəsi olan və professional səviyyədə ordu quruculugunda daha səriştəli dövlətləri qabaqlayır. Azərbaycan bu uzun tarixi məsafəni qət etmək üçün azı əsrin dörddə biri qədər vaxt sərf edib. Azərbaycanda hərbi quruculugun effektivliyini dəyərləndirmək üçün təkcə Argentinanı ordusuyla misal çəkmək olar, hansı ki, reytinqdə Azərbaycandan geri qalır. Argentina bu orduyla yenidən İngiltərəyə hədə-qorxu gələrək Folklend adalarına iddia edir. Bəs nəyə görə Ermənistandan daha güclü orduya malik olan Azərbaycan Ermənistanın işgal etdiyi əraziləri azad etməməlidir?
62-ci yerdə Gürcüstandır ki, bu da böyük ugur sayılır. Düzdür, bu məqamda qeyd etmək lazımdır ki, gürcü ordusu özünün inkişafına görə bir çox məqamlarda iri beynəlxalq yardımlara borcludur. Bundan əlavə, gürcü tərəfin 2008-ci ilin avqustundakı müharibədə itkilərini ABŞ bütünlüklə kompensasiya etdi.
20-ci şəkildən göründüyü kimi, bu siyahıda Ermənistana yer də tapılmır…  eyni zamanda  bunu da özünəməxsus “fenomen” kimi qəbul etmək lazım gəlir. Şərh etdiyimiz araşdırmanın müəllifləri məcburən bu cür qiymətləndirməyə əl atıblar. Bu görünür, aşagıda sadalanan hallara görədir:
1.Erməni ordusunun Ali Baş Komandanlığı Moskvada yerləşir.
2.Praktik olaraq Ermənistan bütün silah-sursatını Moskvadan , həm də təmənnasız alır.
3.Həmçinin erməni ordusunun ali zabit heyətinin təlim və təcrübəsini yenə Moskva təmənnasız həyata keçirir.
4.Ən güclü hərbi birləşmələr Rusiya hərbi bazası olaraq Gümrüdə yerləşir, hansı ki, ”Ermənistan və Rusiyanın hərbi maraqlarını qoruyur”.
5.Ermənistanın sərhədlərini və hava məkanını Rusiya tərəfi nəzarətdə saxlayır və qoruyur.
6. Rusiyanın və erməni diasporunun xaricdən göndərdiyi vəsait hesabına qurulmuş, onların hərtərəfli dəstəyilə fəaliyyət göstərən ”DQR” ordusu  praktik olaraq Yerevandan idarə olunmur.
7.Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı-nın necə bir qurum olduğunu alamaq çətindir. Öz müsahibələrinin birində Putin belə deyib: ”Şükür Tanrıya ki, biz hər hansı bir beynəlxalq alyansa üzv deyilik”. Müsahibənin mövzusu dünyadakı hərbi vəziyyətlə bağlı idi.Belə olan təqdirdə sual ortaya çıxır – Rusiyanın hərbi qurumu olan KTMT beynəlxalq alyans deyilsə, bəs nədir?!
Əlbəttə, Ermənistanın və “DQR”-nın hərbi quruculugunda erməni diasporu aktiv fəaliyyət göstərir.
Erməni diasporu Ermənistanda hərbi zavod tikir ( “Ermənistanda bu gün erməni diasporunun vəsaiti hesabına tikilən aviasiya zavodu varmı?”- deyə müxbir ER SQ-nin aviasiya rəisi Avetik Muradyandan  soruşur. ”ABŞ-da aviasiya mühərriklərinin istehsalını həyata keçirən aviasiya zavodunun sahibi olan bir biznesmenin dəstəyilə bizdə həqiqətən də aviasiya zavodu tikildi”,-deyə o,cavab verir).
Xülasədən belə nəticə hasil olur ki, erməni ordusunun gücünü əks etdirən, hərbi quruculugun da tələb etdiyi determin sistemi qurmaq  kibernetikanın qanunlarına görə mümkünsüzdür. Müəllif inanır ki, ”GlobalFirePower”-in araşdırmaçıları məhz bu keçilməz əngəllə qarşılaşıblar.
Bir-birilə ziddiyət təşkil edən çoxsaylı ehtimallar əsasında, yalnız müəmmalı bir hərbi sistem qurmaq olar.
Demək lazımdır ki, bu məsələdə yalnız ”GlobalFirePower” deyil, həm də hərbi quruculuq sahəsində ixtisaslaşmış bir sıra təşkilatlar toqquşublar – onlar da Ermənistanla nə edəcəklərini bilməyiblər!
Şəkil 21. Cənubi Qafqaz ölkələri silahlı qüvvələrinin mövqeləri və onların 2020-ci ilə qədər möhkəmlənməsi imkanları. Burada həmçinin Cənubi Qafqaz ölkələri ordularının bəzi səciyyəvi xüsusiyyətləri verilib.
“Zvartnots” aeroportundakı xırda hadısə bir çox şeyləri üzə çıxartdı. 80-ci illərin sonlarında CNN kanalı dəfələrlə Yerevanda hərbi geyimli və saqqallıların Qarabaga könüllü yazılmaq üçün dayandıqları uzun növbələri göstərdi. Bax indi CNN kanalı yaxşı olardı ki, Qarabagda atəşkəslə əlaqədar yaranmış böhran vəziyyətində Qarabagdan başqa isqamətlərə çıxıb getmək istəyən cavanların aviakassalar önündə yaratdıqları uzun növbələri çəkib göstərsin. Ekspertlər proqnozlaşdırırlar ki, erməni gəncləri Ermənistanda hakimiyyəti mənimsəmiş Qarabag klanının maraqlarına görə artıq döyüşməyəcəklər. Bunu Sərkisyan və onun komandası yaxşı başa düşür.
Şəkil 21-dəki kiçik olay təsadüfdən verilməyib – o, Ermənistan vətəndaşlarının Qarabagda döyüşmək arzusunu səciyyələndirir.
Burda bir vacib durumu xüsusilə vurgulamaq lazımdır – Azərbaycan iqtisadı cəhətdən möhkəmlənən kimi özünün Hərbi Sənaye Kompleksini inkişaf etdirdi. Çünki, burda yaxşı bilirlər ki,HSK olmadan silahlı qüvvələr bitkin və yetkin sistem sayıla bilməz. Rusiya hərbi mütəxəssisləri təsdiqləyirlər ki, Azərbaycan HSK sıfırdan başlasa da hal-hazırda MDB ölkələri sırasında ilk beşlikdədir. İlk ugurlar göz qabagındadır – cəsarətlə demək olar ki, Azərbaycan HSK-nin təməli qoyulub və ilk istehsal da var.Təbii ki, zaman-zaman hərbi malların çeşidləri də artırılacaq.
Həm siyasətçilər, həm də hərbçilər üçün işgal edilmiş ərazilərin azad olunmasında incə siyasət yürütməyin  zamanı gəldi.
Məhşur fransız filosofu Alber Kamyunun belə bir gözəl cümləsi var: ”Haqsızlıqla  ya mübarizə aparırlar, ya da əməkdaşlıq edirlər”.
 Ermənistanla  müharibədən sonra məsələnin dinc yolla həllini axtaran Azərbaycan bütün bu zaman ərzində haqsızlıqla əməkdaşləq edib. Ancaq sona qədər bu cür davam edə bilməz.
1994-cü il may ayının 12-də atəşin dayandırılması barədə imzalanmış müqavilədən sonra Azərbaycan və Ermənistan arasındakı barışıgı C.Oruelin təbirincə desək, “dəhşətli stabil sülh” kimi səciyyələndirmək olar – belə sülh isə uzunömürlü ola bilməz!
“Si vis paset, para bellum!”- sülh istəyirsənsə-müharibəyə hazırlaş! Əgər işgal edilmiş əraziləri azad etmək istəyirsənsə, onda müharibəyə ikiqat hazırlaş!
Mütləq vurgulamaq lazımdır ki, orduda müasir silahlardan savayı yüksək intellekt də vacibdir. Stalinin zamanında “hərbi oyunlar” sonralar – sadəcə “manevrlər” adlandırılan əməliyatlar, bu gün “intellektual müharibələr” adlanır və onlar ölkənin beyinli, ən agıllı adamlarının, güclü kaskad kompyuterlərinin, müasir təqlidetmə proqramlarının fəaliyyət göstərdiyi, geniş baza məlumatlarını, ölkənin hərbi və iqtisadi potensialını özündə birləşdirən, silahların kəmiyyətini və növünü və bir çox şeyləri öyrənən gizli mərkəzlərdə keçirilir. Bunun üçün statistik araşdırmalar metodundan geniş istifadə olunur (Monte-Karlo metodu).”Kompyuter müharibələrinin” real müharibələrlə mütənasibliyi təqlidetmə modelinin dərinliyindən və bərabər düzülüşündən asılı olaraq praktikanın göstərdiyi kimi 80% təşkil edir. Məhz hərbi əməliyyatları “uduzma” vaxtı silahlı qüvvələrin güclü və zəif tərəfləri ortaya çıxır.
Erməni generallarının müharibənin başlayacagı təqdirdə “qeyri simmetrik cavablarını” tez-tez eşidirik. Gərək o dərəcədə sadəlöhv insan olasan və anlamayasan ki,azərbaycanın hərbi qərargahlarında ilk növbədə  erməni tərəfin mümkün  “qeyri simmetrik cavablarını” gözdən keçirirlər. Məgər aydın deyilmi ki, özünün maddi-texniki və digər başqa bazalarından məhrum edilmiş, standartdan kənar üsulla qurulmuş ordu məhz, ”qeyri simmetrik cavablar” verəcək?
Ermənistanın  adi standart döyüşlər aparması  üçün nə insan ehtiyatı, nə də gücü var!
Ermənistanın ötən müharibədə sahib oldugu üstünlüklərdən fərqli olaraq, yeni situasiyada heç bir dənə də üstünlüyü yoxdur. Onun ancaq problemləri var. Məhz buna görə də onlar Rusiyaya sıgınırlar. Axı aydın məsələdir ki, üçüncü dövlətin sayəsində işgal edilmiş əraziləri əldə saxlamaq qeyri-mümkündür. Bir qayda olaraq işgal etdiyi əraziləri o dövlətlər saxlaya bilir ki, onlar bütün münasibətlərdə digər dövləti – hansı ki, əraziləri işgal olunub – qabaqlasınlar, burda isə tərsinədi.
Müharibə tarixləri göstərir ki,müharibələrdə o tərəf qələbə qazanır ki, onun ordusunun komandirləri  hücum zamanı “İrəli” deyil “Arxamca” çıgırırlar!
Hərdən siyasətçilərin yersiz hünər göstərmək istəyib müharibənin təcili başlanması barədə çagırışlarını eşidəndə, istər-istəməz “Suvorov” (1941) bədii filmindəki :”İrəli qartallar!..Mən isə arxanızdayam. Mən sinəmi sizin kürəyinizə söykəmişəm!” cümlələr yadıma düşür.
Müharibəni başlanması lazımdırmı və yaxud nə vaxt və harada başlamaq lazımdır kimi məsələlər mitinqlərdə emosional çagırışlarla deyil, sakit kabinetlərdə qlobal və lokal şəraitlər nəzərə alınmaqla həll olunur.
Bu gün hamının öz tutdugu postunda ayaga qalxıb ”Arxamca” demək zamanı yetişib – yoxsa qələbə qazanmaq olmaz. Nə güclü ordu, nə güclü iqtisadiyyat xalqdan kənarda qarabag problemini həll edə bilməz!
“Biz Ermənistanla müharibənin ilkin mərhələsini uduzduq”,- İsa Qəmbər 1992-ci il mayın 18-də  Frans-Press agentliyinə dedi və əlavə etdi: ”İkinci mərhələ başlayacaq. O başlayanda biz son nəfərimizə kimi mübarizə aparmaga davam edəcəyik”. Tarixdə belə qələbə olub – Pir qələbəsi – Azərbaycana belə qələbə lazım deyil!
İncildəki Samsonun qərarına bənzəyən-məbədi həm düşmənlərin, həm də öz başına uçurtmaq!-belə qələbə lazım deyil!
Layiqli qələbə – özümüz  qaçılmaz vəziyyətdə itkilər verməli olsaq da, işgalçıları azad olmuş torpaqlara gömməkdir!
Qaynar.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button