Qarabağın Azərbaycanlı İcması adını dəyişdi

“Qarabağa dönüş"...

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi ictimaiyyətə müraciət edib.

“Qafqazinfo”nun məlumatına görə, müraciətdə bildirilir ki, Vətən Müharibəsindən sonra yaranmış yeni reallıqda “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” və “Dağlıq Qarabağ bölgəsinin erməni icması” anlayışları öz aktuallığını və ictimai əhəmiyyətlərini itirib. Bütün bunları nəzərə alaraq, İctimai Birlik aprelin 30-da iclas keçirərək təşkilatın buraxılmasına və “Qarabağa dönüş” adlı ictimai birliyin yaradılmasına qərar verib.

Tural Gəncəliyev yeni yaradılan ictimai birliyin sədri olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button