Qasım-Comərd Tokayev Qazaxıstanın prezidenti oldu

Bu gün Qazaxıstanın paytaxtı Astanada ölkə parlamentinin binasında keçirilən andiçmə mərasimində Qazaxıstan parlamentinin sədri Qasım-Comərd Tokayev Qazaxıstan prezidenti kürsüsünə oturub.

Musavat.com Qazaxıstan mediasına istinadən xəbər verir ki, o, bu vəzifəni prezident müddətinin sonuna qədər tutacaq.

Qeyd edək ki, dünən Qazaxıstan prezidenti Nursultan Nazarbayev 30 ildən bəri icra etdiyi prezident vəzifəsini tərk etdiyini bildirib.

Mərkəzi Seçki Komissiyasının sədri Berik İmaşev Tokayevə ölkə prezidenti vəsiqəsini, döş nişanını və prezident ştandartını təqdim edib.

Qasım-Comərd Kamaloviç Tokayev 1953-cü ilin may ayında Qazaxıstanın köhnə paytaxtı Alma-Atada (indiki Almatı) doğulub. Peşəkar diplomatdır. Fövqəladə və səlahiyyətli səfir vəzifəsində çalışıb. 1994-99-cu illərdə Qazaxıstanın XİN başçısı olub. 2011-2013-cü illərdə ölkəsinin baş naziri vəzifəsində çalışıb. 2013-cü ildə Qazaxıstan parlamentinin sədriydi.

Tokayev siyasi elmlər doktorudur. Poliqlotdur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button