“Qasım Süleymani ilə bağlı həqiqətləri eşitməyə hazırsınızmı?”

Türkan Cəfərzadə

 

O qədər sorğulamadan uzaq və bilgi sahibi olmadan fikir sahibiyik ki, uzun müddətdir apardığım Qasım Süleymani araşdırmasının nəticəsini paylaşmaq haqqında tərəddüdlərim var.

Niyəmi?

1. Paylaşacağım fikri anlamaq üçün gərək Amerika-İran məsələsinin kökünü anlayasan. Bizim “molla rejimi belə getdi, elə getdi” deməkdən başqa mövcud olmayan fikrimiz bu məntiqi anlamaqda əngəldir.

2. Xarici dil bilgimiz məhdud, əskik və ya heç olmadığı üçün yazıda təqdim edəcəyim linklərə girib faktları anlayan az olacaq və ya zəhmət çəkib heç o linklərə baxan olmayacaq da.

3. Biz Güney Azərbaycanı Amerikanın qucağında oturtmadan bir yerə çəkə bilməyəcəyimizi bildiyimiz üçün qulaqlarımızı doğru bilgilərə bağlayıb sadəcə sərf edən media mənbələrindən yararlanırıq.

4. Qasım Süleymaninin İraqdakı türkmənlərlə bərabər ortaq mübarizə yolunda olduğunu bilmədiyimiz üçün türkmənlərdən işin əslini, astarını soruşmağı da ağıl edə bilməmişik.

5. Biz hələ də siyasi mübarizə ilə hüquqi mübarizənin fərqlərini və rənglərini tam olaraq qavraya bilmədiyimiz üçün dünyanın bir ölkəsində keçərli olan etnik kart məsələsinin digər ucundakından nəyi ilə fərqləndiyini qətiyyən anlamış deyilik. Tutdurmuşuq federalizm də federalizm. Ağzımıza nə gəldi danışırıq. Həm də BMT-ni özümüzə referans edirik, həm də oradakı dəyişiklikdən bixəbərcəsinə.

6. Hələ də montajın, dezinformasiyanın harada, nə cür, nə səbəbdən baş göstərdiyini ayırd edə bilmədiyimiz üçün qarşımıza hansı şəkil çıxır dərhal hay-həşir salıb hökm çıxarırıq.

7. Bizim dərdimiz çox da doğru bilgidən yana deyil. Hansı tərəfi necə susduracağımız dərdindəyik və ona görə də qarşı tərəfi anlamaq üçün yox, hücum çəkmək üçün dinləyirik və s.

Belə olan halda mənim hansısa ciddi araşdırmamı rahatca bu tip insanlara təqdim etməyimdən qazanan kim olacaq?! Və ya qazanan olacaqmı?!

Guya hələ oxumuş olanı deyir niqab sevdasındayam. Ağzını, gözünü, sanki bağlasa dünyamız qurtulacaq. Dünya kosmos hayında, biz üz-göz bağlamaq hayında.

Bu tip adamlara doğru bilgi versən nə olacaq, verməsən nə?!

Geri-geri gedirik!
Tuta bilənə eşq olsun!

 

Xural.com

 

Redaksiyadan: Türkan Cəfərzadəyə bu ritorik məqamlara görə təşəkkür edirik, ancaq araşdırmasının da redaksiyamıza təqdim olunmasını məmnuniyyətlə gözləyirik.

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button