Rubrikalar: DÜNYA XuralTAC

Qaşıqçı işi vəliəhdin karyerasını bitirə bilər

Trampın vəliəhd-şahzadə Məhəmməd bin Salmanı israrla qorumasının səbəbləri və taxtın gözlənilən sahibi haqda qeydlər

Jurnalist Camal Qaşıqçının yoxa çıxması Səudiyyə Ərəbistanı üçün ciddi problemə çevrilir. ABŞ hökuməti ötən həftə Krallığın 17 yüksək rütbəli məmuruna sanksiya tətbiq edib. Ötən gün isə Almaniya hökuməti bir neçə ərəbistanlı rəsmiyə viza qadağası tətbiq edib. Eyni zamanda almanlar ərəblərə silah və texnika satışını da dayandırır.

Hadisələr getdikcə daha da mürəkkəbləşir. Söhbət bu hadisənin regiona, xüsusən də Səudiyyə Ərəbistanı siyasi proseslərinə təsirindən gedir. Çünki əvvəldən də proqnozlaşdırıldığı kimi, hadisələr vəliəhd-şahzadə Məhəmməd bin Salmanın karyerasını təhdid edəcək məcraya yönəlir.

Artıq mətbuata vəliəhdin taca gedən yolunun bağlanacağı haqda xəbərlər çıxır. Məsələ ondadır ki, 2015-ci ildə atası kral seçildikdən sonra Məhəmməd bin Salman (Qərb mediasında qısa olaraq MBS yazılır – K.R.) hakimiyyət pillələrində sürətlə irəliləyib. 2017-ci ildə isə kraldan sonra ikinci əsas post hesab olunan vəliəhd-şahzadə postuna yüksələn MBS noyabrda Krallığın korrupsiyaya qarşı mübarizə komitəsinin sədri seçilib və 200-dək şahzadə və nüfuzlu dövlət məmurunu həbs etdirib.

Bu səbəbdən də 33 yaşlı vəliəhdin ölkə daxilində populyarlığı ilə yanaşı saray və ailə içərisində ciddi rəqibləri meydana çıxıb. Aydın məsələdir ki, indi həmin rəqibləri MBS-dən yaxalarını qurtarmağa çalışırlar. Lakin bu o qədər də asan deyil, çünki vəliəhdin ABŞ iqtidarı, eləcə də qüdrətli yəhudi lobbisi kimi müdafiəçiləri var. Buna rəğmən boynunda bir jurnalistin qətli olan siyasətçini qorumaq o qədər də asan deyil.

Artıq dünyada çox insan, hətta Səudiyyə Ərəbistanı əhalisinin böyük hissəsi də bu qətlin sifarişçisinin vəliəhd olduğuna inanır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi də etiraf edib ki, jurnalistin qətlinin sifarişini vəliəhd verib. Türkiyə isə bunu ilk günlərdən yarı aşkar, yarı gizli bəyan edib. Bütün bunların qarşısında MBS-nin alovlu müdafiəçisi ABŞ prezidenti Tramp da tab gətirə bilməyib. ABŞ prezidenti deyib ki, vəliəhd qətli sifariş verməsi ilə bağlı ittihamları rədd edir. Eyni zamanda medianı da bu mövzunu çox şişirtməkdə ittiham edib.

Səudiyyə Ərəbistanı hakimiyyətinin isə bu məsələdən sonra necə deyərlər, sözünün etibarı azalıb. Çünki Qaşıqçının yoxa çıxması prosesində Krallıq ciddi və kobud yanlışlıqlara yol verdi. Hətta qətlin özündən də betər səhvlərlə imicini zədələdi. Məsələ ondadır ki, Ər-Riyad Camal Qaşıqçı oktyabrın 2-də Ərəbistanının İstanbul konsulluğunda yoxa çıxdıqdan sonra əvvəlcə jurnalistin konsulluğu tərk etdiyini bildirdi. Yalnız mediada çoxlu sayda dəlillər yayıldıqdan sonra oktyabrın 20-də krallıq əvvəlcə Qaşıqçının konsulluqda dindirmə zamanı qəsd olmadan öldürüldüyünü etiraf etdi, daha sonra isə rəsmi şəkildə Qaşıqçının sifarişlə öldürüldüyünü etiraf etdi. Yəni bu mövzuda 3 dəfə fərqli rəy verildi. İndi isə israrla vəliəhdi müdafiə edirlər, onun bu işi sifariş etmədiyini bildirirlər. Ancaq göründüyü kimi, artıq gecdir.

İndi isə nəzərlər Ər-Riyada dikilib. 33 yaşlı “Səhranın Lüteri” adlandırılan islahatçı, qadınlara, gənclərə yönəlmiş bir çox qadağaları ləğv etmiş və etməyə söz davam edən, “əxlaq polisini” məhdudlaşdıran, mühafizəkar din adamlarını zərərsizləşdirən, böyük iqtisadi, xüsusən də qeyri-neft sektorunda projelər ortaya qoyan, korrupsiyaya görə yüzlərlə məmur və şahzadəni cəzalandıran və buna görə dünyada məşhurlaşan MBS-nin taleyi indi tükdən asılıdır.

Əlbəttə, 5 mindən çox şahzadənin olduğu Səudiyyə Ərəbistanında taxt-tac vəliəhd sarıdan korluq çəkmir. Lakin yeni vəliəhd həm də gələcək kral deməkdir. Çünki hazırkı kral 83 yaşın içindədir, səhhəti də yaxşı deyil. Hətta bir neçə dəfə tacı oğluna ötürəcəyi xəbərləri yayılıb. İndi isə Kral dilemma qarşısındadır. Bir tərəfdən dünyadan ciddi basqılar var, nüfuzlu ölkələr və şirkətlər Krallıqla əlaqələrini məhdudlaşdırır, digər tərəfdən isə daxildə müxaliflər MBS-nin uzaqlaşdırılması üçün krala təzyiq edir.

Bir qədər əvvəl Krallıq divanının MBS-nin, yəni həm də vəliəhd postunun gələcək taleyini müzakirə etdiyi bildirilirdi. Hələlik Ər-Riyad vəliəhdin günahsız olduğunda israrçıdır.

Bu arada vəliəhd postuna namizədin adı hallanmağa başlayıb. Söhbət 76 yaşlı şahzadə Əhməd bin Əbdüləzizdən gedir. Sudayri xəttindən (Hassa əs-Sudayri hazırkı Kral Salmanın anasıdır, onun buna qədər bir neçə oğlu kral və ya vəliəhd-şahzadə olub – K.R.) olan Əhməd hazırkı kralın sağ olan yeganə qardaşıdır. Ancaq hakim ailə ilə sözləri düz gəlməyən Əhməd bin Əbdüləziz uzun müddət Londonda yaşayıb. Hətta bu ilin payızında bir qrup fəal Londonda şahzadənin evi qarşısında aksiya keçirəndə Əhməd bin Əbdüləziz aksiyaçılara onun deyil, hakimiyyətdə təmsil olunanların evi qarşısında aksiya keçirməyi tövsiyə etməklə bir mənada kralın siyasətini dəstəkləmədiyini bildirmişdi.

Ancaq indi situasiya dəyişib, görünür ki, kral həm özünə daha doğma olan, həm də ailəiçi müxalifətin də içərisində ciddi nüfuzu olmasına görə Əhmədlə barışmağa qərar verib. Noyabrın əvvəlində Əhməd bin Əbdüləziz Ər-Riyada qayıdıb və bu zaman böyük ehtiramla qarşılanıb. Gözlənilir ki, yaxın zamanlarda sakit bir şəkildə vəliəhd postuna Əhməd gətirilsin. Lakin təbii ki, bunun üçün əvvəlcə tərəflər arasında şərtlərdə anlaşma olmalıdır. Amma bunun üçün həm də Vaşinqtonu razı salmaq lazımdır.

O da aydın məsələdir ki, Trampın şəxsində Vaşinqton administrasiyasının MBS-ni alovlu müdafiəsinin arxasında Amerikanın regional siyasi maraqları var. Bin Salman Trampın əsasını qoyduğu və addım-addım yaxınlaşdığı Fələstin münaqişəsinin həlli ilə bağlı “100 ilin planı” layihəsinin əsas fiqurudur. Vəliəhd Vaşinqtonla koordinasiyalı şəkildə çalışır və krallıq hazırda Amerikanın Yaxın Şərqdəki əsas müttəfiqi missiyasını aparır. Əgər vəliəhd gedərsə, Trampın Fələstin münaqişəsinin həlli ilə bağlı planı pozula və ya ən azı bir neçə ay ləngiyə bilər. Halbuki ABŞ prezidenti yaxın aylarda yeni Fələstin layihəsini elan etməyə hazırlaşırdı.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Əbülfəs Qarayevin cəzalandırılma səbəbi bilindi-Tarixi xalçanı oğurlayıb özünə villa alan xanım səfirimiz kimdir?

Keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin cəzalandırılmasının bir səbəbi də aydın olub. Sən demə, naziri yanmasında İsveçrədəki səfirimiz Xanım İbrahimovanın da…

4 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Eldar Mahmudovun qızı atasını niyə şah obrazında təsəvvür edirdi?-Fotolar

Mətbuatda xəbər verildiyi kimi, beynəlxalq araşdırmaçı jurnalistlər qrupu Eldar Mahmudovun övladlarının Böyük Britaniya, Lüksemburq, İspaniya və Litvada 110 milyon dollara…

4 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Zaur Qəriboğlu ilə “Siyasət meydanı”: “Maskanı xalqımıza kim yüklədi, cərimələr niyə əfv olunmur?”-VİDEO

3 iyun 2020-ci il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

4 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Tural Abbaslı “Siyasət meydanı”nda: “Göyə sovrulan milyardlar, səfalət içində yaşayan xalq…”-VİDEO

03 iyun 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

4 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Dövlət Səfərbərlik Xidməti “Siyasət meydanı”nda səslənən fikirlərə görə “Xural”a cavab göndərdi-QARŞI TƏRƏF

Müharibə və Sillahli Qüvvələr veteranı, ehtiyatda olan polkovnik Rasim Şirinov "Siyasət meydanı"nda səslənən bəzi fikirlərə cavab verib. Xural.com qarşı tərəfin…

3 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Qüdrət Həsənquliyev “Siyasət meydanı”nda: “Müharibədən başqa çarə yoxdur…”-VİDEO

2 iyun 2020-ci il, saat 21:30-da Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı BAXCP…

3 İyun 2020
Xural.COM