QAT “Qarabağ partizanları”na azadlıq tələb etdi!..

Cəmi 20 yaşı olan Məmməd Məmmədovu ömürlük həbsdə saxlayan hakimiyyətin Qarabağı işğaldan azad etmək istəyinə və səylərinə inanmırıq!

 

XuralTAC-a Qarabağ Azadlıq Təşkilatının (QAT) bəyanatı daxil olub. Bəyanatda deyilir:

“Cəmiyyətdə “Qarabağ partizanları” adı ilə tanınan bir qrup gəncin həbsindən 8 il keçir. Onlar 2003-cü il avqustun 12-13-ü arasında həbs edilmişdilər. Bu müddət ərzində onların bəziləri cəza müddətini çəkərək azadlığa çıxıb. Lakin onlardan ömürlük həbs cəzası almış Məmməd Məmmədov, uyğun olaraq 14 və 9 il azadlıqdan məhrum edilmiş Əlirza Babayev və Rövşən Bədəlov hələ də həbsdədirlər. Biz hesab edirik ki, bu çox böyük ədalətsizlikdir. Bu gənclərə qarşı həddindən artıq sərt cəza kəsilib və bu vaxt ərzində verilmiş əfv və amnistiya aktları zamanı onlar nəzərə alınmayıb. Bu gənclər 8 il əvvəl cəbhə xəttini keçib düşmənə qarşı partizan müharibəsini başlamaq istədiklərinə görə həbs olunublar. Ona görə də bu xoş niyyətli və vətənpərvər gənclərin hələ də həbsdə saxlanılmasını başa düşmək mümkün deyil. Beynəlxalq təşkilatların təzyiqləri altında Azərbaycan dövlətinin maraqlarına zərbə vuran, şəhidlərin xatirəsini təhqir edən, hətta bəzi məqamlarda erməni kəşfiyyatının sifarişlərini yerinə yetirən bəzi şəxslər, hətta rüşvətxorlar, quldurlar haqqında kütləvi informasiya vasitələrində hay-küy salınır, hakimiyət isə onların azadlığa çıxmasına şərait yaradır. Bəs düşmənə qarşı nifrət hissi ilə partizan dəstəsi yaratmış gənclərin taleyinə kütləvi informasiya vasitələri niyə biganə yanaşır? Hakimiyyət nə üçün bu qədər qəddar mövqedə qalır? Hadisə vaxtı cəmisi 20 yaşı olan Məmməd Məmmədovu ömürlük həbsdə saxlayan hakimiyyətin Qarabağı işğaldan azad etmək istəyinə və səylərinə inanmırıq və inanmaq da mümkün deyil. Bu hakimiyyət və cəmiyyət üçün utanc gətirən bir məsələdir. Biz bu gənclərin taleyi ilə bağlı məsləyə yenidən baxılmasını tələb edirik.”

 

XuralTAC

Əlaqəli məqalələr

1 şərh

  1. Vaxtı ilə erməniyə qarşı vuruşanların daxildə öz haqları uğrunda mübarizə aparması
    utanc verici bir haldır.Biz veteranlar qətiyyən belə bir vəziyyətlə barışa bilmərik.Axı
    necə ola bilər müxtəlif bəhanələrlə hərbiyə yararsız olanlar vəzifə oturur-Döyüşənlər
    qazamatda .kirayyədə.ucuğ evdə……..Belə haqsızlıqlar Devlətimizin imicinə mənfi təsir göstərir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button