”Qatil Sarkisyan, Qarabağdan rədd ol” – İstanbulda erməni terrorçuluğuna qarşı etiraz

İstanbuldakı Galatasaray litseyinin önündə Ermənistan ordusunun  ağır silahlarla hücumu nəticəsində həyata gözlərini yuman 2 yaşlı Zəhra Guliyevanın qətl edilməsinə qarşı etiraz aksiyası keçirilib.

Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti, Güney Azərbaycan vətəndaşlarının iştirak etdikləri etiraz aksiyasına  İstanbulun mərkəzi prospekti olan İstiklal caddəsindən  keçən yerli və əcnəbi vətəndaşlar da yaxından maraq göstərib.

“Qatil Sarkisyan, Qarabağdan rədd ol”, “Qarabağ Türkdür, Türk qalacaq”, “Hamımız Zəhrayıq”– və s. şüarların səsləndirildiyi aksiyasının axırında qətnamə oxunub.İşğalçı Ermənistanın  bir an əvvəl Azərbaycan torpaqlarından çıxmasının tələb edildiyi qətnamədə beynəlxalq  təşkilatların işğal altındakı Azərbaycan  torpaqlarının azad edilməsi məsələsinə həssas yanaşmalarının lüzumu vurğulanıb.Təhlükəsizlik qüvvələrinin nəzarəti altında keçirilən aksiya heç bir insident olmadan başa çatıb.

APA

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button