Qaxda “20 Yanvar” küçəsi yoxa çıxıb

Əhmədzadə atasının adına küçə qoymaq sevdasından əl çəkməyib

 Qax şəhərinin mərkəzi küçələrindən olan “20 Yanvar” küçəsi yoxa çıxıb. Bu barədə redaksiyamıza məlumatı rayon sakinləri verib. Onların sözlərinə görə, “20 Yanvar” küçəsində yazılan lövhələr gecə ikən çıxarılıb. Mənbənin bildirdiyinə görə, “20 Yanvar” küçəsinin adı götürülsə də, gürcülərin milli faciə günü şərəfinə adlandırılan “9 Aprel” küçəsinin adı dəyişdirilməyib. Sakinlər “20 Yanvar” küçəsinə hələlik yeni adın verilmədiyini bildiriblər.

Xatırladaq ki, ötən il Qax rayonundakı “Mirzə Fətəli Axundov” küçəsinin adı dəyişdirilərək, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin prezidenti Əhməd Əhmədzadənin atası Cuma Əhmədzadənin adı verilmişdi. Ölkə mətbuatında məsələ müzakirəyə çıxarıldıqdan sonra Ə.Əhmədzadə Prezident Administrasiyasına dəvət edilib. Orada Ə.Əhmədzadə ciddi şəkildə tənbeh edilmişdi. Bundan sonra küçənin adı bərpa edildi. Ehtimallara görə, Ə.Əhmədzadə “20 Yanvar” küçəsinin  adını dəyişdirərək öz atasının adını qoymaq istəyir.

Qeyd edək ki, Qax rayonu Ə.Əhmədzadənin kurasiyasındadır. Uzun illər rayona Ə.Əhmədzadənin qardaşı hazırda Zaqatala rayonunun icra bacısı işləyən Mübariz Əhmədzadə rəhbərlik edib. Qax rayonunun hazırkı icra başçısı Musa Şəkiliyev də Ə.Əhmədzadənin yaxın qohumudur.

 Fəqan

“Xural” qəzeti,

il 9, sayı: 049 (457), 02 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button