Qazaxda avtobus qəzası: 1 ölü, 12 yaralı

Qazax rayonunda bir nəfərin ölümü, 12 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Bakı-Qazax-Qırmızı körpü istiqamətində hərəkət edən “Mercedes” markalı sərnişin avtobusu “Mercedes” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilinin Ziya adlı sürücüsü hadisə yerində ölüb.

Hadisə zamanı həmçinin 59 yaşlı Allazova Aybəniz Mahmud qızı, Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Rəhimova Raidə Xanmirzə qızı, 1985-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Həsənova Fərmayə İsmayıl qızı, 1969-cu il təvəllüdlü Bakı sakini Süleymanova Mərziyə Cəlal qızı, 1956-cı il təvəllüdlü Bakı şəhər sakini Ramazanova Sevinc Zedulla qızı, 1953-cü il təvəllüdlü Gürcüstan vətəndaşı Bayramova Zeynəb Əhməd qızı və daha 5 nəfər xəsarət alıblar.

Hadisə yerinə cəlb olunan DYP əməkdaşları qəzanın səbəblərini araşdırır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button