Qırğızıstan-Tacikistan sərhəddində silahlı toqquşma davam edir

Qırğızıstan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, Batken vilayətində silahlı qarşıdurmda həlak olanların sayı 36, yaralıların sayı isə 129 nəfərə çatıb.

Tacikistan tərəfi itkilərlə bağlı rəsmi məlumatları açıqlamır.

AzadlıqRadiosunun tacik xidmətinin müxtəlif mənbələrə istinadən məlumat verir ki, sərhəd münaqişəsi nəticəsində 39 Tacikistan vətəndaşı həlak olub. Xəbərdə o da qeyd edilir müstəqil mənbələrdən bu məlumatları təsdiqləmək hələlik mümkün olmayıb.

Sentyabrın 16-da Qırğızıstan və Tacikistan sərhədinin bir neçə hissəsində dərhal atışma başlayıb və bu, insan təlafatı ilə nəticələnən böyük toqquşmalara çevrilib.

Sentyabrın 17-də Oş vilayətinin Çon-Alay rayonunda vəziyyət gərginləşib, iki ölkənin hərbçiləri arasında atışma olub. Tərəflər vəziyyətin gərginləşməsində bir-birini günahlandırıblar.

Bunun 2021-ci ilin yazından bəri iki qonşu ölkə arasında baş verən ən böyük zorakılıq olduğu deyilir. Hər iki tərəfdən onlarla insan həlak olub, ən azı 150 nəfər yaralanıb.

Son silahlı toqquşmanın baş vermə səbəbi hələlik məlum deyil.

Orta Asiyada sərhəd problemləri daha çox Sovet dövrü ilə bağlıdır, o zaman Moskva bölgəni etnik qruplar arasında bölməyə çalışıb.

Son illərdə iqlim dəyişikliyi fonunda su qıtlığı ilə bağlı mübahisələrlə bağlı da gərginlik yaranıb. Hər iki tərəf bir-birini münaqişəni qızışdırmaqda, ağır silahlardan və pilotsuz uçuş aparatlarından istifadə etməkdə ittiham edir.

Beynəlxalq Qızıl Xaç Komitəsi sentyabrın 17-də Qırğızıstan-Tacikistan sərhədində hərbi əməliyyatların intensivləşməsi və onun humanitar nəticələrindən narahatlığını bildirib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button