Qırğızıstanın eks-prezidenti Atambayevə 15 il həbs istənildi

Məhkəmədən Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevin 15 il müddətinə həbs edilməsi xahiş edilib. “TASS” xəbər verir ki, bu barədə Bişkekin Pervomay Rayon Məhkəməsinin dəftərxanasından bildirilib.

“Prokurorlar bu cinayət işi çərçivəsində məhkəməyə Atambayevi 15 il müddətinə azadlıqdan məhrum etməyi təklif ediblər”, – məhkəmənin dəftərxanasından məlumat veriblər.

Atambayev ötən ilin 8 avqustunda Koy-Taş kəndindəki igamətgahında güc strukturları və onun tərəfdarları arasında toqquşmaların baş verdiyi xüsusi əməliyyatdan sonra saxlanılmışdı. Hazırda Atambey həbsdədir. 2019-cu ilin dekabrında Atambayevi Milli Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi təyinatlı bölməsinin əməkdaşının öldürülməsində ittiham etmişdilər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button