Rubrikalar: GÜNDƏM XuralTAC

Qiyas İbrahimov və Fikrət Fərəməzoğlu azadlığa çıxıb-FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamının bü gün icrasına başlanılıb.

ONA-nın məlumatına görə, sərəncam 2 saylı Cəzaçəkmə Müəssisəsində də icra olunub.

Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi, ədliyyə polkovniki Mirsaleh Seyidov azadlığa buraxılacaq məhkumları təbrik edərək bildirib ki, sərəncamla bu cəzaçəkmə müəssisəsindən 31 nəfər azadlığa çıxır.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 16 mart 2019-cu il tarixli sərəncamına əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Postlardan bu şəxslər və avtomobillər buraxılacaq-SİYAHI

Xüsusi karantin rejimi dövründə polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı Qaydası təsdiqlənib. BakuPost.az xəbər verir ki, qaydaya əsasən…

28 Mart 2020
  • GÜNDƏM
  • XuralTAC

Azərbaycanda daha 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Azərbaycan Respublikasında 17 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan…

28 Mart 2020
  • GÜNDƏM
  • MƏDƏNİYYƏT
  • XuralTAC

Sabir Rüstəmxanlıdan Qarabağ şeiri: “Savaş bitməyib hələ!”

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı bu gün feysbuk səhifəsində şeirini paylaşıb. Xural.com həmin şeiri təqdim edir: 1. Dilimizdə əsirdir…

28 Mart 2020
  • GÜNDƏM
  • XuralTAC

Sensasion xəbər: Çin koronavirusa qarşı vaksini insanlar üzərində tətbiq etdi!

Çin Xalq Respublikasının (ÇXR) Səhiyyə İşləri üzrə Dövlət Komitəsinin sərəncamına əsasən Pekində əhalinin profilaktik vaksinasiyası üzrə işlər tam həcmdə bərpa…

28 Mart 2020
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Prezident və xanımı Bakıda “Yeni klinika”nı açdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər.…

28 Mart 2020
  • GÜNDƏM
  • XuralTAC

Rusiya koronovirusa qarşı dərman hazırladı

Rusiyanın Federal Bioloji Agentliyi koronovirus infeksiyasının müalicəsində istifadə etmək üçün dərman hazırlayıb. Musavat.com RİA-Novostiyə istinadən xəbər verir ki, bu barədə Agentliyin…

28 Mart 2020
Xural.COM