Rubrikalar: GÜNDƏM XuralTAC

”Qiyasın bütün hüquqları pozulur”

Şura Əmiraslanova: “Cəza müəssisələrində baş verən haqsızlıq bu müəssisədə də hökm sürür”

Yanvarın 26-da Şura Əmiraslanova 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan, 10 il azadlıqdan məhrum edilən oğlu Qiyas İbrahimovla görüşüb.

Şura Əmiraslanova Qiyas İbrahimovun təzyiq altında olduğunu bildirib:

“Çox əsəbi və həyacanlıyam. Bütün cəza müəssisələrində baş verən haqsızlıq, təhdid bu müəssisədə də hökm sürür. Qiyasın bütün hüquqları pozulur. Aclıq aksiyası zamanı telefon danışığına qadağalar qoyulub, maneələr yaradılıb. Telefona nəzarət edən Həsən adlı hərbçi ilə təxribata çəkilib və nəticədə o adam tərəfindən təhqir olunaraq, söyülüb. Sonra da Qiyasın üstünə hücum edilib. Rəhbərlik tərəfindən Qiyasın hərtərəfli nəzarətə götürüldüyünün bu gün bir daha şahidi oldum”.

Ş.Əmiraslanova əlavə edib ki, dəfələrlə Qiyas İbrahimovun yazdığı məktuba maneələr yaradılıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıxov Meydan TV-yə deyib ki, qanunvericiliyə əsasən telefon danışıqları senzuradan keçirilir.

“Yəni məhbus istədiyi vaxt telefonla danışa bilməz və qanuna uyğun şəkildə həyata keçirilir. Əgər məhbus bunu özünə təhqir sayırsa, bu, onun problemidir”.

O əlavə edib ki, məhkum olunmuş şəxsə məktub yazmaq və onu göndərməyə heç bir məhdudiyyət yoxdur.

“Hər bir məktub və yuxarı instansiyalara ünvanlanan müraciət 24 saat ərzində müəssisə tərəfindən göndərilir. Bu, ciddi saxlanma rejimi olan müəssisələrə də aiddir”.

Mehman Sadıxov bildirib ki, dəfələrlə Şura Əmiraslanova ilə müəssisənin daxili nizam qaydaları barədə söhbətləri olub:

“Bildirmişəm ki, Qiyas İbrahimov daxili nizam qaydalarına ciddi riayət etməlidir. Əgər o, başqa saxlanılma şəraiti istəyirsə, bu, mümkün deyil”.

Q.İbrahimov 2015-ci il mayın 10-dan həbsdədir. O, Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik saxlama) maddəsilə 10 il azadlıqdan məhrum edilib. O, sabiq prezident Heydər Əliyevin heykəlinə şüar yazdıqdan bir gün sonra həbs edilib.

“Amnesty International” beynəlxalq insan haqları təşkilatı Q.İbrahimovu və onunla birlikdə Heydər Əliyevin heykəlinə şüar yazıb, ardınca da narkotik ittihamıyla həbs edilən Bayram Məmmədovu vicdan məhbusu elan edib.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Əbülfəs Qarayevin cəzalandırılma səbəbi bilindi-Tarixi xalçanı oğurlayıb özünə villa alan xanım səfirimiz kimdir?

Keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin cəzalandırılmasının bir səbəbi də aydın olub. Sən demə, naziri yanmasında İsveçrədəki səfirimiz Xanım İbrahimovanın da…

4 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Eldar Mahmudovun qızı atasını niyə şah obrazında təsəvvür edirdi?-Fotolar

Mətbuatda xəbər verildiyi kimi, beynəlxalq araşdırmaçı jurnalistlər qrupu Eldar Mahmudovun övladlarının Böyük Britaniya, Lüksemburq, İspaniya və Litvada 110 milyon dollara…

4 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Zaur Qəriboğlu ilə “Siyasət meydanı”: “Maskanı xalqımıza kim yüklədi, cərimələr niyə əfv olunmur?”-VİDEO

3 iyun 2020-ci il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

4 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Tural Abbaslı “Siyasət meydanı”nda: “Göyə sovrulan milyardlar, səfalət içində yaşayan xalq…”-VİDEO

03 iyun 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

4 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Dövlət Səfərbərlik Xidməti “Siyasət meydanı”nda səslənən fikirlərə görə “Xural”a cavab göndərdi-QARŞI TƏRƏF

Müharibə və Sillahli Qüvvələr veteranı, ehtiyatda olan polkovnik Rasim Şirinov "Siyasət meydanı"nda səslənən bəzi fikirlərə cavab verib. Xural.com qarşı tərəfin…

3 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Qüdrət Həsənquliyev “Siyasət meydanı”nda: “Müharibədən başqa çarə yoxdur…”-VİDEO

2 iyun 2020-ci il, saat 21:30-da Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı BAXCP…

3 İyun 2020
Xural.COM