Qızıl ehtiyatlarına görə Azərbaycan dünyada 62-cidir

Azərbaycan qızıl ehtiyatlarına görə dünyada 62-ci yerdə qərarlaşıb.

Bu barədə məlumat Ümumdünya Qızıl Şurasının (World Gold Council) hesabatında yer alıb. Hesabata əsasən, Azərbaycanda qızıl ehtiyatı 20 tona bərabərdir. Bu, qızıl valyuta ehtiyatlarının 12,1%-ni təşkil edir.

Qeyd edək ki, qızıl ehtiyatlarının həcminə görə ilk beşliyə ABŞ (8133,5 ton), Almaniya (3377,9 ton), İtaliya (2451,8 ton), Fransa (2435,9 ton) və Çin (1842,6 ton) daxildir.

Postsovet ölkələrindən 1680,1 ton qızıl ehtiyatına malik Rusiya siyahıda 7-ci yerdə, 267,7 ton ehtiyata sahib olan Qazaxıstan 21-ci yerdə, 40,7 ton qızıl ehtiyat olan Belarus 48-ci yerdə qərarlaşıb.

Siyahıda 57-ci yerdə dayanan Ukraynanın 25,5 ton, 64-cü yerdə qərarlaşan Tacikistanın 14,6 ton, 79-cu yerin sahibi Latviyanın 6,6 ton, 82-ci yerdə olan Litvanın 5,8 ton və Qırğızıstanın 4,9 ton qızıl ehtiyatı var.

Keçmiş SSRİ-yə daxil olan digər ölkələr iri qızıl ehtiyatları siyahısında TOP-100-ə daxil edilməyib. Ümumdünya Qızıl Şurasında Ermənistan, Özbəkistan və Türkmənistanın qızıl ehtiyatları ilə bağlı məlumat yoxdur. (APA)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button