“Qızıl Xaç”ın təmsilçiləri Rüfət Səfərova baş çəkiblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin üç əməkdaşı 9 saylı cəzaçəkmə müəsissəsində saxlanılan sabiq müstəntiq Rüfət Səfərova baş çəkib.

Bu barədə xural.coma onun ailəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, beynəlxalq qurumun təmsilçiləri rüfət Səfərovun sağlıq durumu, qidalanması və saxlanma şəraiti ilə maraqlanıblar. Bildiriblər ki, bir müddət öncə Rüfətin işgəncə və qeyri-insani rəftara məruz qalması ilə əlaqədar Azərbaycan hökumətini, eləcə də insan haqqları sahəsində fəaliyyət göstərən digər beynəlxalq təşkilatları məlumatlandırıblar.

Rüfət hüquqi və universal humanitar prinsipləri təşviq etdiklərinə görə nümayəndəliyin əməkdaşlarına təşəkkür edib , məruz qaldığı işgəncə faktına görə ərizəsinin Avropa Məhkəməsi tərəfindən icraata qəbul edildiyini bildirib.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button