Rubrikalar: KÖŞƏ YAZARLARI XuralTAC

Qloballaşmanın siyasi paradiqmaları və siyasi romantizm

Siyasi realistlər üçün əbədi dost və əbədi düşmən yoxdur, əbədi maraqlar var

Ukraynada 21 iyul parlament seçkisində Vladimir Zelensikinin Xalqın Xidmətçisi Partiyası seçkinin ilkin nəticələrinə görə səslərin 42 faizini əldə edərək radikallara, millətçilərə, uzun müddət siyasi fəaliyyətinə görə ictimai rəydə söz sahibi olan Yulia Timoşenkonun partiyasına, keçmiş prezident Poroşenkonun rəhbərlik etdiyi partiyaya böyük üstünlüklə qalib gəldi. Mərkəzi Seçki Komissiyası 5 avqusta qədər sonuncu nəticələri elan edəcək. Lakin ilkin nəticələrə görə artıq məlumdur ki, Vladimir Zeleniskinin partiyasi seçkilərin tam qalibidir və Radada çoxluğa malik olacaq.

Zelenskinin prezident seçkilərində böyük inzibati, maliyyə resurslarına malik olan Poroşenkoya qalib gəlməsi kimi parlament seçkiləri yeni və maraqlı hadisə oldu. Nə baş verdi?! Hesab etmək olar ki, ümumiyyətlə, siyasi fəaliyyətlə məşqul olmayan və yalnız prezident seçkisinə bir il qalmış prezident seçkilərinə namizədliyini irəli sürəcəyini bildirən Vladimir Zelenskinin böyük inzibati və maliyyə resurslarına malik olan prezidentə qalib gəlməsi və sonra rəhbərlik etdiyi partiyanın parlament seçkilərində qətiyyətli qələbəsi siyasi proseslərdə yaranmaqda olan aparıcı tendensiyaların işartılarıdır.

Görkəmli alim Tomas Kun elmə paradiqmalar anlayışını gətirdi. Paradiqma elə norma və qaydaların məcmusudur ki, bu, iki funksiyanı yerinə yetirir: birincisi, sərhədləri müəyyən edir, ikincisi, sərhədlər daxilində uğur fəaliyyətini müəyyənləşdirir. Bu baxımdan hər bir oyun da bir paradiqmadır. Paradiqmanı dəyişmək yeni qaydalara keçməni nəzərdə tutur. Yeni paradiqmanın yaranmasına isə həll olunmamış problemlər səbəb olur. Vladimir Zelenskinin qısa müddətdə parlaması və siyasi uğurlar qazanması səbəblərini öz fəaliyyətini qloballaşmanın siyasi paradiqmalarına uyğun qurmasındadır.

1. İndiyə qədərki siyasi qüvvələr xalqı, cəmiyyəti idarə etmək proqramlarından çıxış edirdilər. Zelenski isə xalqa xidmət etmək proqramı ilə çıxış etdi və partiyasını da xalqın xidmətçisi adlandırdı. Partiyasının platformasında ənənəvi siyasi idelogiya yoxdur. Lakin böyük ideya var: xalqa xidmət etmək. O, bunu prezident seçkilərindəki çıxışlarında və parlament seçiklərindəki çıxışlarında qısa tezislərlə xalqa çatdırdı: “…Bizim əsas vəzifəmiz sülhü təmin etmək və korrupsiyanı aradan qaldırmaqdır”, “…Mən bütün planetdə yaşayan ukraynalılara müraciət edirəm: Siz bizə çox lazımsız”, “…Biz vahid olmalıyıq, yalnız o zaman biz güclü olarıq. Mümkündür ki, bu bizim milli ideyadır: birləşmək və mümkün olmayanı etmək”, “…Biz futbolda islandliyalılar kimi, doğma torpaqlarımızın müdafiəsində yəhudilir kimi, texnologiyalarda yaponlar kimi, istənilən fikir müxtəlifliyinə baxmayaraq bir-birimizlə xoşbəxt yaşamaq bacarığında isveçlilər kimi olmalıyıq”, “…Biz bərabər imkanlar ölkəsi qurmalıyıq, harda ki, hamı qanun qarşısında bərabərdir və harda ki, hamı üçün vicdanlı və təmiz oyun qaydaları mövcuddur”, “…Mən çox istəyirəm ki, məmurların otaqlarında mənim şəkillərim olmasın, prezident İkona deyil, prezident portret deyil, otaqlarınıza öz uşaqlarınızın şəkilərin asın və hər bir qərar qəbul edərkən onların gözlərinə baxın”, ”…Növbəti beş ildə mən hər şeyi edəcəyəm ki, siz ağlamayasınız” və s. Həmin tenislərdəki ifadələr yeni siyasi paradiqmanın işartılarıdır.

2. Qloballaşmanın yeni paradiqmalarından biri də siyasətin peşəkarlıqdan çıxaraq kütləviləşməsi və hər bir vətəndaşın siyasətçi olmaq imkanlarının yaranmasıdır. Bu imkanları onlara internet yaradır. Siyasi fəaliyyət siyasi proseslərə aid informasiyalara malik olmaq və ondan istifadə etməkdir. Bu sahədə informasiya monopoliyası peşəkar siyasətçiləri yaradırdı. İndi isə internet informasiya monopoliyasını dağıdır və siyasi proseslərə aid bütün informasiyaları vətəndaşlar üçün açıq edir.

Ukrayna parlamentində adi fotoqrafın milyonçu şəxsə qalib gəlməsi siyasi fəaliyyətdə hər bir vətəndaşın uğur qazanmağının mümkünlüyünün nümunəsidir.

3. Qlobollaşmada və informasiya cəmiyyətində nümayəndəli demokratiyadan bilavasitə demokratiyaya keçid surətlənir. Referendumların rolu artır. Bunu da internet edir. Qanun yaradıcılığında vətəndaşlar referendum yolu ilə internetin vasitəsi ilə bilavasitə iştirak edəcəklər. Bu da yeni siyasi paradiqmanın tərkib hissəsidir.

Və nəhayət, siyasi praqratizmi və realizmi ehtiva edən makiavellizm siyasi fəaliyyətdə məqsədə çatmaq üçün hər vasitəni məqbul saydığından xalqın gözündə nüfuzdan düşür. Və onun yerinə siyasi romantizm gəlir. Siyasi romantizm dünyanı dəyişmək üçün qaydaları dəyişir. Əlbəttə, siyasi realizmlə mübarizəsi çətin və ağrılı olacaq. Çünki siyasi fəaliyyət siyasətçilər üçün daimi dividend gətirən investisiya aktividir.

Siyasi realistlər üçün əbədi dost və əbədi düşmən yoxdur, əbədi maraqlar var. Siyasi romantizm üçün isə maraqlar deyil, dəyərlər və prinsiplər var.

Qloballaşma siyasi romantiklərə meydan verəcək, çünki qlobal problemləri yalnız siyasi romantiklər yeni siyasi paradiqmaların köməyi ilə həll edə bilər. Uğurlar diləyək!..

Paylaş:

This post was last modified on 6 Avqust 2019 5:31 axşam

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Şeyxdən erməni katalikosuna: “Kəlbəcərdə məktəb, xəstəxana açılışlarında nə gəzirsən?”

Bu gün Dilqəm Əsgərovla Şahbaz Quliyevimn Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etməyə gedərkən ermənilər tərəfindən girov götürülməsindən 6 il ötür. …

10 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Ayaz Mütəllibov: “Ramiz Mehdiyev öz əməlləri ilə digər vəzifə sahibləri üçün də nümunə olmalı idi…”

"Amma təəssüf... Çünki söhbət yalnız hakimiyyətin deyil, bütövlükdə dövlətin nüfuzundan gedir...” Son günlər  ölkə mətbuatında, sosial şəbəkələrdə  Prezident Administrasiyasının sabiq…

10 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Prokurorluq dirijorun rüşvət aldığını ifşa edib

Ölkənin “bütün” korrupsionerlərini tutan prokurorluq Dövlət Nəfəs alətləri orkestrinə, daha dəqiq isə, onun bədii rəhbəri Lütfi Qədirova keçib. Baş Prokurorluğun…

8 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Daha 537 nəfərdə koronavirus aşkarlanıb

Azərbaycanda koronavirus infeksiyasına 537 yeni yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında…

8 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Ramiz Mehdiyev haqqında yazılanlara cavab verdi

“Azərbaycan mətbuatında Prezident Administrasiyasında işlədiyim dövrün bəzi hadisələri haqqında yazılan məlumatlar həqiqəti əks etdirmir. Əvvəla, həmin yazıların müəlliflərinin bir çoxu…

8 İyul 2020
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Xeyrəddin Qocadan Ramiz Mehdiyev haqqında şok yazı: “…cənab heç kimsə!”

Ramiz Mehdiyev, sizi "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru olandan sonra tanımışam. Yəni 1993-cü ildən tanıyıram. Amma adınızı hər yerdən eşidirdim.…

8 İyul 2020
Xural.COM