Qobustan həbsxanasında məhkum intihar edib

Son günlər üç məhkum dünyasını dəyişib 

Xural.com meydan.tv-yə istinadən xəbər verir ki, Qobustan həbsxanasında 1981-ci il təvəllüdlü məhkum Elşad Teyyub oğlu Kərimov intihar edib.

O, kamerada özünü asıb.

Məhkumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

E. Kərimov üç maddə üzrə təqsirləndirilərək 12 il müddətinə azadlıqdan məhrum edilibmiş.

Eyni zamanda, son günlər 3 məhkum xəstəlikdən dünyasını dəyişib.

Penitensiar Xidmətin müalicə müəssisəsində saxlanılanlar – İlham Muradov, Mədət İbrahimov və İlham Məmmədov xəstəlikdən vəfat ediblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button