Qocaman təhsil işçisi Təhsil nazirinə məktub göndərdi

“TƏRƏQQİ” medallı Əməkdar müəllim, TN Kollegiyasinin Fəxri fərmanına layiq görülmüş, müəllimlərin XIII qurultayının nümayəndəsi, Qarabağ müharibəsi veteranı, Eşqi Bağırovun əsassız qərəzinə rast gəlmiş Zəngilan rayon 4 №-li tam orta məktəbin sabiq direktoru Şıxəliyev Cəbrayıl Əli oğlu Azərbaycan Respublikasının Təhsil Naziri cənab Emin Əmrullayevə müraciət edib. Həm də xural.com-a göndərilən məktubu Oxucuların da diqqətinə çatdırırıq:

“Nazirliyin İnsan Resursları Şöbəsinin müdiri Bağırov Eşqi Cəfər oğlu sələflərinizdən biri Cabbarov Mikayıl Çingiz oğlunun imzaladığı 15 mart 2017-ci il tarixli 54 №-li əmrinə, Respublika Əmək Məcəlləsinin 10-1-ci maddəsinə və digər sələfiniz Misir Mərdanovun imzası ilə təsdiqlənmiş 15.07.2011-ci il tarixli 1404 №-li əmrinə nələri əsas gətirib əməl etməyib? Axı bütün bu mötəbər sənədlərdə açıq-aşkar vurğulanıb ki:

çalışmanin yaş həddinə çatmış işçilərin əmək müqaviləsinin müddətinin uzadılmasına imkan verən hallar aşağıdakılardır:

  1. Son bir ildə haqqında intizam tənbehi tətbiq edilməməsi. (1974-dən bu günədək edilməmişdir)
  2. Dövlət təltifləri ilə təltif edilməsi. (Həm “TƏRƏQQİ” medalına, həm də “Əməkdar müəllim” Fəxri adına layiq görülmüşəm.)
  3. Attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi (2 dəfə müvəffəqiyyətlə keçmişəm).
  4. Səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda (şükür sağlamam, Eşqinin tətbiq etdiyi cəzanın 4-cü ilinə qədəm qoyuram, bir dəfə də olsun heç aptekə yönəlməmişəm).
  5. İşlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması. (Kollektivin Təhsil Naziri əvəzi Ceyhun Bayramova 22 dekabr 2017-ci il tarixli müraciəti, RTŞ müdiri Z.S.İbrahimovun nazir M.Ç.Cabbarova 05 oktyabr 2017-ci il tarixli, 149-a №-li məktubunda hər şey ortada).
  6. Həmin fəndən ixtisaslı müəllimlərin dərs yükünün 18 saatdan aşağı olmaması şərti gözlənilməlidir. (Məndən savayı, 2 ingilis dili müəlliminin birinin 33, digərinin 32 saat sırf ingilis dili dərsi olub).
  7. Diaqnostik qiymətləndirmədə göstərdiyi nəticə nəzərə alınmalıdır. (Həmin ilin yayında keçirilən diaqnostik qiymətləndirmə imtahanında Zəngilan rayonundan məktəb direktorları, onların müavinləri, UBT rəhbərləri, praktik-psixoloqlar diaqnostik qiymətləndirməyə buraxılmadılar, niyəsini bu gün də bilmirəm. Belə olan halda gedib Eşqinin dədəsi Cəfər kişiyə imtahan verməli deyildim ki?!)

Hörmətli cənab Nazir! Ümid edirəm ki, hər şeyin ortada olduğunu nəzərə alıb bu cür özbaşınalığına görə oturduğu kresloya qətiyyən yararı olmayan Bağırov Eşqi Cəfər oğluna layiqli qiymətini verəcəksiniz, məni qəbul etmək istəyimi də güman ki, rədd etməyəcəksiniz.

Dərin ümid və hörmətlə:

Şıxəliyev Cəbrayıl Əli oğlu – “TƏRƏQQİ” medallı Əməkdar müəllim, TN Kollegiyasinin Fəxri fərmanına layiq görülmüş, müəllimlərin XIII qurultayının nümayəndəsi, Qarabağ müharibəsi veteranı, Eşqi Bağırovun əsassız qərəzinə rast gəlmiş Zəngilan rayon 4 №-li tam orta məktəbin sabiq direktoru.

26 avqust 2020-ci il

Telefon: 0775732777″

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button