Qondarma rejimin keçmiş rəhbərləri Qukasyan və Saakyan həyəcanlı xəbəri çatdırmaq üçün Yerevana qaçdı

Qarabağdakı qondarma erməni rejiminin (bu oyuncaq rejimin sonuna az qaldığına əminik,-red.) keçmiş rəhbərləri Arkadi Qukasyan və Bako Saakyan təcili qaydada Xankəndindən Yerevana gediblər. Və orada baş nazir Nikol Paşinyala görüşərək Qarabağda döyüş əməliyyatları zonasındakı vəziyyəti müzakirə ediblər. Bu haqda “168 jam” qəzeti öz mənbələrinə istinadən bildirir.

Məlumata görə, Qukasyan və Saakyan Yerevana həyacanlı xəbərlərlə gediblər. Həmin xəbərləri Paşinyan bir neçə saat əvvəl Yerevanda siyasi partiya nümayəndələri ilə görüşdə çatdırıb. Lakin ermənilər üçün bu bəd xəbərlərin nədən ibarət olduğunu heç kim açıqlamır.

Paşinyanın mətbuat katibi Mane Gevorkyan əvvəlcə Qukasyanın və Saakyanın gəlişi haqda informasiyaya malik deyil. Lakin qəzet daha sonra qondarma rejimin keçmiş rəhbərlərinin maşınlarının hökumət binasının həyətindən çıxarkən görüntülərini təqdim edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button