Qonşusunu bıçaqlayan məktəb direktoru özünü öldürdü …

bicaq-qetl

Ötən gün qonşusunu bıçaqlayan Lerik rayonu Veri Əliabad kənd məktəbinin direktoru Adil Rəhimov bu gün səhər saatlarında özünü öldürüb.

Xural.com xəbər verir ki,bu barədə publika.az-a kənd sakinləri məlumat verib.

Məlumatda bildirilib ki, A.Rəhimov bu gün səhər saatlarında qardaşının qəbri üstündə odlu silahla özünü öldürüb.

Adil Rəhimovun Seyid Qurbanovu bıçaqlamasına səbəb aralarındakı torpaq davası olub. Belə ki, S.Qurbanov A.Rəhimovun ailəsinə məxsus torpaq sahəsini zəbt edib. Uzun müddətdir ki, onlar arasında torpaq davası davam edib. Rayonlarda torpaq şöbəsi ləğv edildiyindən torpaq işlərinə icra hakimiyyətləri baxır. Onlar dəfələrlə bu məsələyə görə İcra Hakimiyyətinə müraciət ediblər. İcra nümayəndəsi də kənddə olub, araşdırma aparıblar və torpaq sahəsinin A.Rəhimovun ailəsinə məxsus olduğu təsdiqlənib. Buna baxmayaraq, qarşı tərəf A.Rəhimovun ailəsinə böhtan atıb, məktəbdən şikayətlər yazıblar. Təhsil Şöbəsi də şikayətlər əsasında məktəbdə araşdırma aparıb və əsassız olduğu sübut edilib. Axırıncı dəfə də mübahisə ötən gün olub və bıçaqlanma ilə nəticələnib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button