Rubrikalar: DÜNYA GÜNDƏM XuralTAC

Qorbaçov: “Gərək hər diktator …çəni yanacaqla dolu təyyarəni hazır saxlasın…”

Noyabrın 4-də Almaniyanın paytaxtında Berlin divarının yıxılmasının 30 illiyinə həsr edilmiş rəsmi tədbirlər başlayıb. Bayram tədbirləri noyabrın 10-na qədər davam edəcək. Virtualaz.org xəbər verir ki, bu münasibətlə “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratov SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovdan müsahibə götürüb. Həmin müsahibəni oxuculara təqdim edirik:

-Siz divarın yıxıldığını nə zaman öyrəndiniz?

-Səhər tzdən.

-Və bu xəbər sizə necə təsir etdi?

-Bilirsiniz, biz bunun baş verəcəyini gözləyirdik.

-Digər dünya liderləri isə buna qarşı idi. Həm İngiltərə, həm Fransa.

-Aydın deyil nəyə görə? Almaniya axı çox güclüdür və o, divarın dağılması ilə gücləndi, Avropada rəqabət artdı, o zaman çoxları bundan çəkinirdi. Digər tərəfdən tarixi yaddaş da heç yana silinib getməyib.

-Xalq çoxdan divarı sökmək istəyirdi. Divarın çökməsindən əvvəlki gecə minlərlə alman Almaniya Demokrati Respublikasından Almaniya Federativ Respublikasına axın etmişdi. Ayağa qalxan xalqla bağlı nə etmək olardı?

-Axı bu azdırmı. Təcrübə ki var idi.

-Siz bir alman siyasətçiyə demişiniz: “Əgər 500 min adam küçəyə çıxsa sən nə edəcəksən? Atəş açacaqsan?”

-Belə şey yadıma gəlmir.

-Bu Sizin köməkçilərinizin stenoqramlarında var. Üstəlik onlar Sizin Şərqi Berlin sakinləri ilə görüş zamanı səslənən şüarları yada salır: “Qorbi! Kömək et!” Siz onlara nə ilə kömək edə bilərdiniz?

-Şərqi Avropa ölkələrinin rəhbərlərini xalqları ilə dialoqa çağırardım. Xalqı ki, aşağılamaq olmaz.

-Rumıniyada deyəsən Çauşeusku Sizi eşitmədi…

-O bizə (SSRİ-yə) qaçmaq, bizdə gizlənmək istəyirdi, bəs nəyə görə insanlara atəş açdı? Neynəmək olar, necə deyərlər, Allah ona rəhmət eləsin, əgər rəhmətə düşübsə.

-Bəs o nə etməli idi?

-Diktatorlar həmişə xəlvəti aerodromlarda, adətən belə yerlərdə, balaca, amma yanacaqla tam dolu təyyarə hazır saxlamalıdır. Və “Xalq, irəli!” mahnısı səslənməyə başlayanda həmin aerodroma üz tutmalıdır. Zarafat.

-Zarafat?

-Bəs sən necə düşünürsən?

-“Dialoqa dəvət…” Və bu da divarın qansız-qadasız çökməsi üçün kifayət idi? Bəlkə daha nəsə lazım idi?

-Biz o zaman komanda verdik-qoşunlarımız kazarmalardan çıxmasın.

-Bəs Sizdən bu haqda xahiş etmişdilər?

-Sən ki mənim kredomu bilirsən? Tənbəllik eləmə, yenə yaz: “Mən, Qorbaçov həmişə qan axıdılmasının əleyhdarı olmuşam. Mən həmişə xalqa qarşı güc tətbiqinə qarşı olmuşam və indi də qarşıyam”.

-Bu iltimzama oxşayır. Yazdım.

-Afərin. Bax belə. İndi isə əsas məsələ haqda. Divarın çökməsinin, xalqların birləşməsinin və ən əsası Avropada dayanıqlı sülhün təmin edilməsi-bizim xalqımızın və digər ölkələrin xalqlarının faşizm üzərində qələbəsidir. Bax bu haqda düşünün.

-Mən düşündüm.

-Və?

-İkinci Dünya müharibəsi də onda başa çatdı?

-Bəli, elədir. Çünki bizim Avropada insanlar bir-birlərindən qorxmamağa başladılar.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Elçibəyin tarixi çıxışı: “Qırğının müəllifi Primakovdur”-TARİX

20 yanvar 1990-cı il Azərbaycan xalqının tarixinə qanlı gün kimi yazılaraq, onun müstəqillik qazanmasında ən önəmli səhifəsini təşkil edir. SSRİ…

19 Noyabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Əlövsət Əliyevin barəsində həbs qərarı – oğlu danışdı

Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib. Bu barədə Modern.az-a Ə.Əliyevin oğlu Türkel Rüstəmxanlı…

19 Noyabr 2019
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • XuralTAC

Bakıda sənədsiz evlərə görə komissiyalar işləyir

Bakı şəhəri ərazisində sənədsiz evlərin siyahıya alınması ilə bağlı yaradılmış komissiyalar araşdırmalarını davam etdirirlər. Əvvəlcə paytaxtın rayonlarında sənədsiz evlər siyahıya…

19 Noyabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Prezidentin köməkçisi Əli Həsənovun Xəzər TV-ni ələ keçirməsi və fəxr etdiyi sərvəti-BUMERANG

Kanal13 "Prezident köməkçisi Əli Həsənovun Xəzər TV-ni ələ keçirməsi və fəxr etdiyi sərvəti" haqqında veriliş hazırlayıb. Xural.com verilişi təqdim edir:…

19 Noyabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Tofiq Yaqublu 30 günlük həbsdən sonra; Onu oğlunu öldürməklə hədələyiblər-VİDEO

19 oktyabr mitinqinə görə həbs edilənlərdən daha 3 nəfəri – Tofiq Yaqublu, Rüfət Səfərov və Baba Süleymanlı noyabrın 19-da azadlığa…

19 Noyabr 2019
  • GÜNDƏM
  • XuralTAC

İran İnqilab Keşikçiləri etirazlar durmazsa, qəti addım atacaqlarını deyib

Dövlət mediası xəbər verir ki, ən azı 100 bank və onlarla bina və maşın yandırılıb İranın İnqilab Keşikçiləri hökumət əleyhinə…

19 Noyabr 2019
Xural.COM