Qorxmaz İbrahimli İlham Əliyevə müraciət etdi: “İnzibati resurslar işə salınıb…”

10 saylı Binəqədi üçüncü seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Qorxmaz İbrahimli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib. Müraciətdə bildirilir ki, dövlət başçısının başlatdığı islahatlar cəmiyyətdə ədalətli seçki sisteminə inam yaratmaqla yanaşı, dairədə yerli məmurlar və DSK tərəfindən qanunsuzluqlara əl atılır, inzibati resurslar bir namizədin xeyrinə yönəldilir. Qorxmaz İbrahimli ölkə rəhbərindən dairə üzrə seçkiləri şəxsi nəzarətinə götürməsini və şəffaf seçkilərə kölgə salmaq cəhdlərinin qarşısını almasını xahiş edir.

P.S. Analoji müraciət Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova da ünvanlanıb.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button