Qorxmaz İbrahimlinin seçiciləri ilə möhtəşəm görüşü baş tutub-FOTO

10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputatlığa namizəd Qorxmaz İbrahimlinin seçiciləri ilə möhtəşəm görüşü baş tutub. Qorxmaz İbrahimlinin seçki qərargahından xural.com-a verilən məlumata görə, hələ görüş başlamamış zalı dolduran seçicilər Qorxmaz İbrahimlini alqış sədaları ilə qarşılayıblar. Açılış mərasimi vətən uğrunda canından keçmiş şəhidlərin ruhuna ehtiram olaraq bir dəqiqəlik sükutla başlayıb.

Bundan sonra Qorxmaz İbrahimli seçiciləri salamlayıb və millət vəkili seçiləcəyi təqdirdə həll edəcəyi problemlərdən danışıb. O, seçicilərin inam və etibarını doğruldacağını, fəaliyyətdə olduğu müddət ərzində onların yanında olub səlahiyyətləri çərçivəsində onların problemlərini həll edəcəyini bildirib. Seçicilər də öz növbəsində ona inandıqlarını və dəstəklədiklərini bildiriblər.

Qorxmaz İbrahimli namizədi olduğu dairənin problemlərindən, çatışmazlıqlarından danışıb və problemlərə səbəb olanların yanlış yolda olduğunu və səhvlərindən nəticə çıxarmalarını qeyd edib.

Ömrünün yarıdan çoxunu Azərbaycanın müstəqilliyinə və bu müstəqilliyin əbədiyyətinə həsr edən deputatlığa namizəd, qarşılaşdığı haqsızlıqlara da toxunub və 9 fevralda keçiriləcək erkən parlament seçkilərində şəffaflığın qorunacağına və seçicilərin iradəsi ilə haqqı olan qələbəni qazanacağına inandığını bildirib.

Görüşdə iştirak edən Binəqədi sakinləri sona qədər Qorxmaz İbrahimlinin yanında olacaqlarını vurğulayıblar.

Görüşdə rayon ağsaqqalları, ziyalılar, Qarabağ müharibəsinin qaziləri, veteranları və ictimai-siyasi xadimlər də iştirak ediblər. Onlar Qorxmaz İbrahimlinin bu günə qədər olan ictimai-siyasi fəaliyyətini təqdir etdiklərini, vətənin müstəqilliyi üçün daim fədakarlıqlar göstərdiyini və onun parlamentdə təmsil olunmağa tam layiq olduğunu ifadə ediblər.

Bundan sonra izdiham səbəbindən zala daxil ola bilməyən seçicilərlə açıq havada görüşün ikinci hissəsi keçirilib.

Seçicilər Qorxmaz İbrahimli ilə görüşərək ona tam dəstək verib və ədalətli seçim şəraitində əvəzsiz qələbəni qeyd etmək üçün səbirsizləndiklərini bildiriblər.

Alqış sədaları ilə bitən görüş, sevinc göz yaşları və yüksək coşqu ilə yadda qalıb.

 

Xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button