Qoy ədalət zəfər çalsın! Ölkə ictimaiyyətinə Müraciət

Bu gün 11 aydır ki, şər və böhtana məruz qalaraq həbs olunmuşam. Məni şərləyən Milli Məclisin deputatı Gülər Əhmədovadır. İlk gündən bu haqda dönə-dönə və dəfələrlə həm ölkə ictimaiyyətinə, həm istintaqa, həm də məhkəmə prosesində hakimlərə bildirmişəm. Mən 9 il həftəlik nəşr olunan, ötən ilin sentyabrın 19-da gündəliyə keçən bir qəzetin – “Xural” qəzetinin baş redaktoru kimi Azərbaycan ictimai rəyinə hər zaman təsir göstərmiş, ölkə ictimaiyyətini iri və böyük milli layihələrlə doğru istiqamətə yönləndirməyə çalışmışam. Ancaq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, aparatın şöbə müdiri Əli Həsənov qruplaşması və onların təsir altına aldıqları qaraguruh mətbu şəbəkə hər zaman azad sözün düşməni olub. Məni də sözə görə və məhz onlar Ramiz Mehdiyev – Əli Həsənov – Mətbuat Şurası şəbəkəsi həbs etdirib.2010-cu ildə Ramiz Mehdiyevlə olan məhkəmə prosesində əleyhimizə dönən bir cümlə vardı. Biz yazmışdıq ki: “Azərbaycanın Milli Məclisi Ramiz Mehdiyevin siyahısı ilə təşkil olunur.” Bu cümlə R.Mehdiyevin vəkilinin və hakimin 1 saatlıq müzakirəsinə səbəb olmuş və təbii ki, biz cəzalandırılmışdıq. Gülər Əhmədova Ramiz Mehdiyev – Əli Həsənov şəbəkəsinin alətidir. Bu deputat müxtəlif zamanlarda haqqında yazılan yazılara görə, jurnalistlərin alnına silah dirəmiş və onlardan təzyiq və təhdid yolu ilə haqqındakı məlumatları saytlarından çıxarmağı tələb etmişdi. Dəfələrlə jurnalistləri toplum şəkildə cəzalandırmış, onları işdən qovmuş, bəzi jurnalistlərin bu adamın təhdid və zor gücü hesabına ölkəni tərk etməsinə səbəb olub. Mən həbs olunandan sonra mənim ailəmi, kollektivimi, yaxınlarımı təhdi etmiş, onlara “başlarına tapança gülləsi çaxmaq”la hədələmiş, istintaqa təsir göstərmiş digər jutrnalistlərin də həbsinə nail olmağa cəhd göstərmişdir. “Azəriqazbank” dan götürdüyü 2 milyon dollarlıq kredit” yazısını dərc edən və bu mövzuda araşdırma aparan jurnalisti və mətbu orqanı cəzalandırmaq ilə hədələmiş, bank rəhbərliyinə psixoloji təsir göstərərək bu məlumatın yayılmasının qarşısını almağa çalışmışdır. Bu işdə Gülər Əhmədovaya himayədarları R.Mehdiyev – Əli Həsənov şəbəkəsi kömək etmiş, araşdırma aparan qəzetlərdən azad sözün qatilləri olan Mətbuat Şurasına müraciət edilmişdir. Şəbəkə artıq mətbuatı demək olar ki, çökdürüb. Bu şəbəkədən də “Xural”ın gündəliyə keçməsi onların yuxulrını qatmışdı. Məni isə nə yolu olursa-olsun həbs etməyə çalışsalar da buna nail ola bilmirdilər. AR CM-nin 306, 213, 303 kimi maddələrilə məni susdurmağın mümkün olmadığını dərk edirdilər. Məni məhz şər və böhtanla həbs edə bilərdilər və bunun üçün də G.Əhmədova işlərinə yaradı. G.Əhmədova nın Ramiz Mehdiyevin şəbəkəsində olması haqda dəfələrlə demişik. “Xural”ı Ramiz Mehdiyev bağlatdırdı, əmlakımızı Ramiz Mehdiyev talan etdirib, məni həbsə Ramiz Mehiyev atdırıb. Mənə məhkəmədə hücum çəkən də Gülər yox, Ramiz Mehdiyev olub. Ailəmi repressiyaya məruz qoyublar. Qardaşımı, dayımoğlunu, anamı işdən çıxarıblar. Ailəm işsiz qalıb. Himayəmdə olan xəstə qayınatama təzyiq göstəriblər. Və… bütün bunları Gülər Əhmədovanın əli ilə onun saxta ərizəsilə ediblər. Hər şey o qədər saxtadır ki, hətta Gülər Əhmədovanın Baş Prokurorluğa yazdığı ərizə belə istintaq materiallarının içindən çıxarılıb. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə yazdığı ərizə isə bu idarədə yazılıb və deputatın öz xəttilə tərtib olunmayıb. Bu buir şəbəkədir. Mənim evimi, işimi, avtomobilimi talan edib, informasiya axtarıblar. Nə axtardıqları haqda bu günə qədər çox düşünmüşəm. İndi mənə məlum olur ki. onların narahat edən çoxlu cinayətxarakterli məlumatlar var imiş ki, onlar da bu məlumatları dərc edən insanları həm də birdəfəlik sıradan çıxarmağı planlaşdırırlarmış.Gülər Əhmədova mənim gizlin olaraq səsimi yazanda da, ağlar səslə “məndən sənə nə material gətirsələr yazma” deyərək saxta göz yaşları axıdırdı. Sən demə mənim bilmədiyim, amma özlərinin çox yaxşı bildikləri cinayətlərini təcəssüm etdirən informasiyalar vardır ki, onlar bu günədək açıqlananlarla da bitmir. Bu cinayətkar şəbəkə öz cinayət əməllərini ört-bacdır etmək üçün sözə hücum ediblər və onları ifşa edəcək “azad söz şahidləri” kimi ehtimal edərək həbs etdiriblər. Bu şəbəkə təkcə şər atmaqla yekunlaşmır, həm də insan alveri və oğurluğu ilə məşğul olur. Rektorlarla zor, hədə-qorxu dilində danışır, nazirlərə “xox” gəlirdilər. Gülərin qardaşı İlqar Mikayıloğlunun danışıqlarına fikir verin. Sanki ailəliklə “razborşik”dirlər. Onlar məhkəmədə mənim qardaşıma da belə “razborka” apararaq, gözləmədiyi halda fiziki güc tətbiq etmişdilər.Hər şeyi prezidentin siyahisi ilə gördüklərini iddia edirlər. Onlar bəlli pulla artıq tanrılarına çevrilən rüşvətlə prezidentin siyahılarını pozdurduqları ilə qürurlanır, ora istədikləri zaman yeni adlar əlavə edirlər. Gğörünür ki. bu yolla məni də prezidentin həbs olunması vacib olan jurnalistlərin siyahısına saldırıb, 10 ildir mətbuatda öz sözünü deməyə bacaran bir qəzeti tamamən yağmalatdırdılar. Bu gün də mən həbsdə ola-ola bir ildir bu şəbəkənin hansı cinayətlərlə məşğul olduqlarını ictimaiyyətin diqqətinə çatdırmağa çalışıram. Artıq ortada ciddi bir fakt var. Bu faktı zamanın öhdəsinə buraxıb, baş vermiş cinayətlərin üstünü bağlatmaq çox çətindir. Heç bir bəhanəyə yer yoxdur. Mənim dediklərimdə, yazdıqlarımda haqlı olduğum artıq öz təsdiqini tapıb. Rüşvət və korrupiyaya qarşı mübarizə aparan bir baş redaktoru şərləyərək “rüşvət maddələrilə” həbs etdirmək, şərəf və ləyaqətini alçaldan ifadələr işlətməklə onu ictimai nüfuzdan salmağa çalışmaq, vəzifə səlahiyyətlərindən, nüfuzlarından istifadə edərək, Azərbaycanın dövlətçiliyinə xələl gətirən cinayət əməlləri törətmək bu adamların iş prinsiplərinin cüzi bir hissəsidir.  “Yalan ayaq tutar yeriməz” deyiblər. Aylardır ki, qanunun və ədalətin zəfər çalacağını, günahsızlığımın sübut olunaraq cəmiyyətə tər-təmiz adla qovuşacağım günü gözləyirəm.

Bəraətimi gözləyirəm.

Qoy ədalət zəfər çalsın!

28.09.2012     13.15

28.09.2013     Bakı İstintaq Təcridxanası “

XuralTAC     

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button