Qriqoryan Peskovun sərhədçilərlə bağlı açıqlamasını yalanlandı

Yayımlandı: 17 May 2024 12:45

“Bizim belə bir xahişimiz olmayıb”

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Kremlin mətbuat katibi Dmitri Peskovun Rusiya sərhədçiləri bağlı söylədiklərini yalanlayıb.

Armen Qriqoryan bildirib ki, Dmitri Peskovun erməni tərəfinin Moskvadan Rusiya sərhədçilərinin Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərinin mühafizəsində qalmasını xahiş etməsi bəyanatı doğru deyil.

“Biz Rusiyaya hava limanı, Sisian və Qorisdəki rus bazalarını, eləcə də 17 sərhəd məntəqəsini geri çəkməyi təklif etdik, onlar da razılaşdılar”.

“Bəs Ermənistan Rusiya sərhədçilərindən Türkiyə və İranla həmsərhəd ərazilərdə qalmalarını xahiş edibmi?” sualına Armen Qriqoryan qısa cavab verib:

“Bizim belə bir xahişimiz olmayıb”.

Mayın 9-da Rusiya və Ermənistanın dövlət başçılarının görüşündə bir sıra razılaşmalar əldə olunmuşdu.

Kremlin rəsmisi Dmitri Peskov yerli mediaya demişdi ki, Yerevanın tələbi ilə Rusiya sərhədçiləri İran və Türkiyə ilə sərhəddə qalacaqlar.

Aprelin 20-də Ermənistan lideri Nikol Paşinyan Rusiya sərhədçilərinin Tavuşdakı postları tərk edəcəklərini bildirmişdi.

Eyni zamanda, aprelin 27-də Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya sərhədçilərinin bu ilin avqustunda sözügedən hava limanından çıxacaqlarını açıqlamışdı.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button