Quba-Xınalıq-İspik avtomobil yoluna qaya parçası düşüb – FOTO

qaya

Quba 6 saylı Yol İstismar İdarəsinin (Yİİ) texnikası əraziyə cəlb olunsa da, qaya parçasını yoldan çıxara bilməyiblər. Həddən artıq ağır olduğundan qaya parçasının yan tərəfləri çətinliklə də olsa qoparılıb və nəqliyyat üçün alternativ yol çəkilib.

Quba 6 aylı Yol İstismar İdarəsinin Quba-Xınalıq üzrə sahə rəisi Bilal Sultanovun sözlərinə görə, qaya parçasını yoldan çıxarmaq mümkünsüdür: “Çünki yolun sol tərəfindən qaz xətti keçdiyi üçün işi yarımçıq qoymağa məcbur qalıblar. Ümumiyyətlə, dəfələrlə bu yoldan istifadə edən sürücülərin üzərinə qaya parçaları düşüb. Mümkün qədər bu yoldan istifadə edən sürücülər ehtiyatlı və diqqətli olsunlar. İmkan qədər bu yollardan istifadə etməsinlər”.

Xatırladaq ki, bu yöl üzərindən Xınalıq, Bostankeş, Qalaxudat, Əlik, Cek, Haput, Qrızdəhnə, Qrız, Buduq və Zeyid kəndləri istifadə edir. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button