Qubad İbadoğlu əmanətlərin sığortalanmasından yazdı

qubad ibadoğlu

Əmanətlərin şərtlərlə və gec də olsa da tam sığortalanması təqdir olunandır.

Amma hazırkı şəraitdə banklara olan etibarın qaytarılmasına yalnız bu sistemin tətbiqi ilə nail olmaq mümkün deyildir.

Əmanətlərin şərtlərlə və gec də olsa da tam sığortalanmasını təqdir edirəm. Bununla yanaşı diqqəti 2 vacib məqama cəlb etmək istəyirəm.
Əvvala, əmanətlərin tam sığortalanması sistemi bu istiqamətdə risklərin idarəolunmasına xidmət edir, hazırda böhranlı vəziyyətə düşən bank sisteminin köklü problemlərinin həllində əhəmiyyətli rol oynamır. Bu sistem əsasən “yanğın söndürmə funkisyası”nı yerinə yetirir, banklar bağlananda, bir sözlə “yananda” işə düşür və onların əmanətçilər qarşısında yerinə yetirilə bilməyən öhədliklərinin icrasını təmin edir. Düzdür, bu sistemin həm də bank sisteminə etibar qazandırmaq kimi profilaktik funksiyası da var, amma indiki şəraitdə banklara olan etibarın qaytarılmasına yalnız əmanətlərin tam sığortalanması sisteminin tətbiqi ilə nail olmaq mümkün deyildir. Artıq gecdir. Əslində görünən odur ki, hökümət bu qərarı bankları deyil, əmanətçiləri ” yanğından” xilas etməyə yönəlib. Nəzərə alsaq ki, əmanətçilərın əksəriyyətini orta və varlı təbəqə təmsil edir, onda bu qərarın məqsədi də aydındır. Əslində isə Mərkəzi Bank ilk növbədə bankların sağlamlaşdırılmasına nail olmalı və onların böhrandan çıxarılması üçün kapitallarının təmərküzlərşməsinə, konsolidasiyasına yönələn siyasəti davam etdirməli, bank bazarında rəqabəti dəstəkləməlidir. Əks tədqirdə “parnik bankları”nın xərclərini dövlət ödəməli olacaq.
İkincisi, əmanətlərin tam sığörtalanma sistemi bankların yığım siyasəti ilə bağlı olaraq yalnız əmanətçi müştərilərlə banklar arasında münasibətlərin tənzimlənməsinə xidmət etdiyindən bu dəyişiklik getdikcə ciddiləşən problemli kreditlərin çözülməsinə töhfə verə bilmir. Odur ki, bank sisteminin mövcud problemlərinin həllinə kompleks yanaşmaq üçün problemli kreditlərlə bağlı da təşəbbüslər olmalıdır. Bu istiqamətdə atılacaq əsas addımlardan biri Mərkəzi Bankın nəzdində problemi kreditlər üzrə agentliyin yaradılması və bu problemin mərkəzləşdirilmiş qaydada həllinə səy göstərilməsidir. Əks tədqirdə ayrı-ayrı bankların bu sahədə mövcud problemi müxtəlif vasitələrlə fərdi müstəvidə həll etməsi müştərilərlə banklar arasında münaqişələrin çoxalmasını şərtləndirəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button