Qubad İbadoğlu: “Büdcə gəlirləri kəskin azalıb”

Strateq.az tanınmış iqtisadçı-alim Qubad İbadoğlunun facebook statusunu təqdim edir:

“Son iki ayda büdcə gəlirləri kəskin azalıb, xərcləri isə sürətlə artıb.

İlin ilk yarısında dövlət büdcəsində neft gəlirlərinin payı 68,1 faiz olub.

Bu ilin son 2 ayına olan büdcə gəlirləri göstəriciləri ciddi narahatlılıq doğurur. Belə ki, may ayında dövlət büdcəsinə 740,3 milyon manat, iyun ayında isə 680 milyon manat vəsait toplanıb. Bu isə müvafiq olaraq son 6 aya olan orta aylıq göstəricidən 33,5 faiz və 27,6 faiz azdır. Qeyd edim ki, bu il Dövlət Neft Fondundan dövlət büdcəsinə transferin məbləği 7 milyard 615 milyon manat və ya orta hesabla ayda 634,5 milyon manat proqnozlaşdırılıb. Bu isə o deməkdir ki, proporsional olaraq bu ilin ilk yarısında dövlət büdcəsinə yığılan vəsaitin 62,1 faizini birbaşa Neft Fondundan transferlər təşkil edib. Bundan başqa, il ərzində dövlət büdcəsinə xarici neft şirkətlərindən vergi daxilolmaları 370 milyon manat proqnozlaşdırılıb, elə bu qədər də vəsaitin Dövlət Neft Şirkətindən daxil olması gözlənilir. Belə olan halda ilin ilk 6 ayında dövlət büdcəsinin gəlirlərində neft bölməsindən daxilolmaların payı 68 faizdən çox olub.
Rəsmi statistik məlumatlar göstərir ki, dövlət büdcəsinə 6 ayda yığılan 6 133,8 milyon manatın demək olar ki, yarısı son 2 ayda – may və iyun aylarında xərclənib. Son 2 ayda büdcə xərcləmələrinin kəskin artmasında Formula 1 Avropa Qran Pri yarışlarının da rolu olub.”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button