Qubad İbadoğlu: “Büdcə niyə gecikir?”-MÖVQE

Qubad İbadoğlu

ADR Hərəkatının sədri

 

Büdcənin parlament müzakirəsi yenidən gecikir.

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunun
13-cü maddəsinə görə, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim edilir. Bu gün oktyabrın 17-i olmasına baxmayaraq Azərbaycan Respublikasının 2020-ci il üçün dövlət büdcəsi hələ də parlamentə göndərilməyib. Halbuki, qonşu Gürcüstanda və Rusiyada büdcənin parlament müzakirələri ötən aydan başlayıb,
Azərbaycanda isə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunun pozulması ənənəvi hal alıb.
Oktyabrın 15-də prezident yanında keçirilən müşavirə göstərdi ki, bu il büdcənin parlament müzakirəsi daha da gecikdiriləcək. Prezidentin Maliyyə və İqtisadiyyat nazirləri ilə apardığı dialoqdan çıxan qənaət budur ki, ölkə başçısı gələn ilin büdcə proqnozlarına şübhə ilə yanaşır, eyni zamanda ayrı-ayrı dövlət orqanlarının büdcə sifarişlərinin şişirdilmiş hesab edir. Odur ki, hökümət yeni baş nazirin iştirakı ilə büdcəyə yenidən baxa bilər, bu isə parlament müzakirəsinin daha da ləngiməsinə gətirib çıxaracaq. Bu müşavirədə islahatların mane olanlar barədə də danışan prezident əslində ötən il qəbul olunmuş vergi Məcəlləsinə dəyişikliklər paketinin cari ildə tətbiqində yaranmış problemlərdən narahatlğını ifadə edib. O ölkənin maliyyə potensialının yüksək olduğu halda vergi yığımının adekvat olmadığını da qeyd edib.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button