Rubrikalar: GÜNDƏM XuralTAC

Qubad İbadoğlu: “Hansı kateqoriyalı işsizlər birdəfəlik yardım ala biləcək?”

2 ay üçün nəzərdə tutulan birdəfəlik (əslində 2 dəfəlik) 190 manat yardımı almaq hüququ omayan işsizlərin siyahısını Nazirlər Kabineti təsdiq edib, onu maraqlananların diqqətinə təqdim edirəm. Tanış olun və yerdə qalan və bu yardımdan bəhrələnənləri özünüz müəyyənləşdirin, əgər elələri qalıbsa.

“Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi
qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli qərarına görə, dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə

Verilmir:


• ünvanlı dövlət sosial yardımı (ÜDSY) alan ailələrin üzvlərinə;
• əmək pensiyaçılarına;
• aylıq müavinət alanlara;
• aylıq təqaüd alanlara;
• özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə;
• işsizlikdən sığorta ödənişi alanlara;
• peşə hazırlığına görə təqaüd alanlara;
• 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya (KTS) almış şəxslərə;
• əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara;
• əri və ya arvadı ÜDSY və ya KTS alan şəxslərə.
Beləliklə də, Nazirlər Kabinetinin qərarına görə, birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və yuxarıda sadalana kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Onlara aiddir:

Verilir:


 2020-ci il 1 aprel tarixinə “Məşğulluq”
altsistemində (MAS) işsiz kimi qeydiyyata alınmış şəxslər;
 pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslər.
Odur ki, e-sosial.az saytında “Məşğulluq” altsistemində qeydiyyatdan keçmək vacibdir.

Xural.com

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Əbülfəs Qarayevin cəzalandırılma səbəbi bilindi-Tarixi xalçanı oğurlayıb özünə villa alan xanım səfirimiz kimdir?

Keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin cəzalandırılmasının bir səbəbi də aydın olub. Sən demə, naziri yanmasında İsveçrədəki səfirimiz Xanım İbrahimovanın da…

4 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Eldar Mahmudovun qızı atasını niyə şah obrazında təsəvvür edirdi?-Fotolar

Mətbuatda xəbər verildiyi kimi, beynəlxalq araşdırmaçı jurnalistlər qrupu Eldar Mahmudovun övladlarının Böyük Britaniya, Lüksemburq, İspaniya və Litvada 110 milyon dollara…

4 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Zaur Qəriboğlu ilə “Siyasət meydanı”: “Maskanı xalqımıza kim yüklədi, cərimələr niyə əfv olunmur?”-VİDEO

3 iyun 2020-ci il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

4 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Tural Abbaslı “Siyasət meydanı”nda: “Göyə sovrulan milyardlar, səfalət içində yaşayan xalq…”-VİDEO

03 iyun 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

4 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Dövlət Səfərbərlik Xidməti “Siyasət meydanı”nda səslənən fikirlərə görə “Xural”a cavab göndərdi-QARŞI TƏRƏF

Müharibə və Sillahli Qüvvələr veteranı, ehtiyatda olan polkovnik Rasim Şirinov "Siyasət meydanı"nda səslənən bəzi fikirlərə cavab verib. Xural.com qarşı tərəfin…

3 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Qüdrət Həsənquliyev “Siyasət meydanı”nda: “Müharibədən başqa çarə yoxdur…”-VİDEO

2 iyun 2020-ci il, saat 21:30-da Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı BAXCP…

3 İyun 2020
Xural.COM