Qubad İbadoğlu müstəqil qələm əhlini təbrik etdi

ADR Hərəkatının sədri Qubad İbadoğlu Milli Mətbuat Günü münasibətilə müstəqil media nümayəndələrini təbrik edib. Təbrikdə deyilir:

“Bu gün Milli Mətbuat günüdür. Hazırda ölkəmizdə yüzlərlə mətbu orqan – qəzet və jurnal fəaliyyət göstərir. Onların bir çoxu ilə uzun illərdir ki, əməkdaşlıq edirik. Açıq sözün, həqiqətin, aşkarlığın, hesabatlılığın, müxtəlif fikirliliyin, plüralizmin tərəfdarı olan, bir sözlə, cəmiyyətin inkişafı üçün dəyərli fikirlərin ictimailəşməsində, milli şüurun düzgün formalaşmasında əməyi olan jurnalistləri peşə bayramı münasibəti ilə təbrik edir, onlara yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayıram.
Arzum budur ki, milli mətbuat daha azad və müstəqil olsun, məhbəsdə olan bütün jurnalistlər tezliklə azadlıq haqqına qovuşsun.
Qələminiz iti, sözünüz kəsərli olsun, əziz media mənsubları!
Ən xoş arzularla,

Qubad İbadoğlu, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button