Qubad İbadoğlu: “Son 7 ildə iqtisadiyyatımız irəli yox, geri gedib”

Qubad İbadoğlu

ADR Hərəkatının sədri

 

“Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası tətbiq olunduğu 7 ildə milli iqtisadiyyat irəli yox, geri gedib.

2012-ci ildəki start vəziyyəti ilə müqayisədə Azərbaycanda adambaşına ÜDM 1649 dollar və ya 1,34 dəfə aşağı düşüb,
qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac göstəricisi 2020-ci il üçün hədəflənən göstəricidən 823 dollar və ya 5,65 dəfə az olub.

Azərbaycan bu dövrdə neft-qaz satışından 100 milyard dollardan çox gəlir əldə edib.

29 dekabr 2012-ci ildə təsdiqlənən və 2013-cü ildən tətbiqinə başlanan bir vaxtlar “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında (İnkişaf Konsepsiyası) qeyd olunur ki, “dövrün sonuna Azərbaycanda adambaşına düşən ÜDM-in həcmi iki dəfə artaraq 13000 ABŞ dollarına, qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcminin 1000 ABŞ dollarına çatacaq”. Dövrün sonuna çatdıq, artıq bu sənədə yekun vurmağın zamanı gəlib. 2019-cu ilin yekunlarına olan son məlumata görə, İnkişaf Konsepsiyasında hədəflənən hər 2 vacib göstərici üzrə vəziyyət belədir.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, əhalinin hər nəfərinə düşən ÜDM 8247 manat və ya 4851dollar olub. Bu göstərici hədəflənən səviyyədən 8149 dollar və ya 2,7 dəfə azdır, hətta 2012-ci ildəki start vəziyyəti ilə müqayisədə Azərbaycanda adambaşına ÜDM 1649 dollar və ya 1,34 dəfə aşağıdır.
DSK-nın ötən ilin yanvar-noyabr aylarına olan son məlumatına görə, qeyri-neft ixracı faktiki qiymətlərlə 1,78 milyard dollar təşkil edib ki, bu da həmin tarixə qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac göstəricisi 177 dollar olub ki, bu da hədəflənən göstəricidən 823 dollar və ya 5,65 dəfə azdır.
Budur analoqsuz islahat, əslində İnkişaf konsepsiyasının icraya başlandığı 2012-ci illə müqayisədə Azərbaycan irəli yox geri gedib.
Yekun olaraq, qeyd edim ki, Azərbaycan bu dövrdə neft-qaz satışından 100 milyard dollardan çox gəlir əldə edib.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button