Rubrikalar: GÜNDƏM XuralTAC

Qubad İbadoğlu yazır: “Nazirdən “DOST” mərkəzində DÜŞMƏN açıqlamalar”

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün “DOST” mərkəzində DÜŞMƏN açıqlamar verib.

O qeyd edib ki, əgər ailədə bir nəfər əmək müqaviləsi ilə işləyirsə və yaxud kimsə pensiya və yaxud sosial müavinət alırsa, nəhayət, kiminsə adına torpaq payı varsa digər üzvlərə birdəfəlik yardım verilməyəcək.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin “DOST” mərkəzində keçirdiyi mətbuat konfransındakı absurd açıqlamaları həm Azərbaycan konstitusiyasında təsbit olunan sosial dövlət modelinə, həm də “bizim iqtisadi siyasətimizin hədəfində vətəndaş, onun sağlamlığı və rifahı durur” bəyanatını verən İlham Əliyevin açıqlamalarına ziddir. Necə ola bilər ki, ailədə bir nəfər əmək müqaviləsi ilə işləyirsə və yaxud kimsə pensiya və yaxud sosial müavinət alırsa, nəhayət, kiminsə adına torpaq payı varsa digər üzvlərə birdəfəlik yardım verilməyəcək?
Əvvəla, necə olur ki, cərimə edəndə hər kəsi edirlər, yardım verəndə isə ailənin digər üzvünün vəziyyətini nəzərə alırlar?
İkincisi, işsizlik sığortası müavinəti dövlət büdcəsindən deyil, İşsizlik sığortası Fondundan ayrılır. 1 yanvar 2018-ci il tarixdən qüvvəyə minmiş “İşsizlikdən sığorta haqqında” Qanuna görə, işsizlikdən Sığorta Fondunun maliyyə mənbəyi işəgötürənlər və işçilərdir. Hər ay işəgötürənlər əmək fondunun 0,5 faizi, işləyənlər isə maaşlarının 0,5 faizi məbləğində Fonda vəsait ödəyirlər. Bu il üçün işçilərin və işə götürənlərin ödəmələri hesabına formalaşan İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin gəlirləri 128 235 400 manat təsdiq olunub ki, onun da yalnız 5 milyon manatını işsizliyə görə sığorta ödənişləri təşkil edir.

Bax, sosial ədalət burada pozulub. Büdcə müzakirələri dövründə mən bu məsələni qaldırsam da, nəzərə alınmadı. Heç olmasa hazırkı şəraitdə, əhalinin bu çətin günlərində bunu nəzərə alın, işsizlərin hamısına sığorta müavinəti vermək aztəminatlı vətəndaşına dəstək olmaq dövlətin ümdə vəzifəsidir.
Nəhayət, soruşmaq istərdim ki, bütün tədbirlərdə ağızdolusu danışılan 52 milyard dollar valyuta rezervi hardadır, indiki çətin gündə də xərclənməyəcəksə o nəyə lazımdır, onu nə vaxta saxlayırlar, nəyi gözləyirlər? Gözləyirlər ki, dəyərini tam itirsin?
Amma bizim gözləməyə vaxtımız yoxdur, biz birlikdə aztəminatlı təbəqənin maraqlarının müdafiəsini sonadək aparacagıq və əminəm ki, əvvəl-axır istəyimizə də nail olacagıq. Odur ki, dayanmırıq, davam edirik.”

Xural.com

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Əbülfəs Qarayevin cəzalandırılma səbəbi bilindi-Tarixi xalçanı oğurlayıb özünə villa alan xanım səfirimiz kimdir?

Keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin cəzalandırılmasının bir səbəbi də aydın olub. Sən demə, naziri yanmasında İsveçrədəki səfirimiz Xanım İbrahimovanın da…

4 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Eldar Mahmudovun qızı atasını niyə şah obrazında təsəvvür edirdi?-Fotolar

Mətbuatda xəbər verildiyi kimi, beynəlxalq araşdırmaçı jurnalistlər qrupu Eldar Mahmudovun övladlarının Böyük Britaniya, Lüksemburq, İspaniya və Litvada 110 milyon dollara…

4 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Zaur Qəriboğlu ilə “Siyasət meydanı”: “Maskanı xalqımıza kim yüklədi, cərimələr niyə əfv olunmur?”-VİDEO

3 iyun 2020-ci il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

4 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Tural Abbaslı “Siyasət meydanı”nda: “Göyə sovrulan milyardlar, səfalət içində yaşayan xalq…”-VİDEO

03 iyun 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

4 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Dövlət Səfərbərlik Xidməti “Siyasət meydanı”nda səslənən fikirlərə görə “Xural”a cavab göndərdi-QARŞI TƏRƏF

Müharibə və Sillahli Qüvvələr veteranı, ehtiyatda olan polkovnik Rasim Şirinov "Siyasət meydanı"nda səslənən bəzi fikirlərə cavab verib. Xural.com qarşı tərəfin…

3 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Qüdrət Həsənquliyev “Siyasət meydanı”nda: “Müharibədən başqa çarə yoxdur…”-VİDEO

2 iyun 2020-ci il, saat 21:30-da Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı BAXCP…

3 İyun 2020
Xural.COM