Qüdrət Həsənquliyev: “Bu insanlara 1500 manatdan kompensasiya ödənilməlidir”

Deputat Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxış edərək seçiciləri – Xətai rayon sakinləri adından müraciət etdi.

Deputat bildirdi ki, dövlət ehtiyacları üçün torpaqların alınması ilə bağlı ortaya çıxan problem həllini tapmalıdır. Q.Həsənquliyevin sözlərinə görə, sakinlərin müraciətindən bəlli olur ki, onların torpaqları dövlət ehtiyacları adı altında alınıb, ancaq onlara kifayət qədər kompensasiya ödənilməyib. “Təsəvvür edin, yataq otağı ilə qonaq otağı 1000 manat, sanitar qovşağı, dəhliz, mətbəxsə 750 manat məbləğində qiymətləndirilir. Biri evinin təmirinə 100-200 min xərcləyib, digəri az. Amma müstəqil ekspertlər qiymətləndirmə üçün dəvət olunmur.

Heç bir müqavilə bağlanmadan onların evləri sökülüb. Cənab prezident də qeyd etmişdi ki, bu insanlara heç olmasa 1500 manatdan kompensasiya ödənilməlidir”, deputat bildirdi. Q.Həsənquliyev qeyd etdi ki, bu sakinlərin hesabına köçürülən kompensasiya ilə mənzil almaq mümkünsüzdür: “Biz hər birimiz özümüzü həmin vətəndaşların yerinə qoymalıyıq. İnanıram ki, həmin sakinləri narahat edən problem həllini tapacaq”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button