Quli bu şəxslə danışdıqdan dərhal sonra güllələndi

“Lotu Quli” ləqəbli 47 yaşlı qanuni oğru Nadir Səlifovun Moskva ilə telefon danışığından dərhal sonra öldürüldüyü məlum olub.

Xural.com xəbər verir ki, bu barədə “Moskva-Baku.ru” nəşri məlumat yayıb.

Məlumata görə, “Xan Bakinski” ləqəbli 25 yaşlı qatil Xaqan Zeynalov Qulinin otağına girərkən, mərhum borcunu (5 milyon rubl) vaxtında ödəməyən Moskvanın “Fud siti” bazarının tərəvəz tədarükçüsü ilə telefonda danışırmış. Quli iş adamı ilə vidalaşaraq, sabaha qədər möhlət verib və bir daha gecikmə halı baş verərsə. taciri öz pavilyonunda “parçalayacağına” söz verib. Xan Quliyə sözünü bitirməyə imkan verib, daha sonra isə atəş açmağa başlayıb. Otaqda olan Qulinin mühafizəçiləri Xanı cavab atəşi ilə yaralasalar da, qatil küçədə onu gözləyən tərəfdaşı 26 yaşlı Amir Qamicinin avtomobili vasitəsilə qaçmağa müvəffəq olub. Bir müddət sonra polis onları Dənizli şəhərinin girişində tutub.

Xatırladaq ki, Quli Antalyada beşulduzlu “Alva Donna” otelində öldürülüb.

Cinayətin sifarişçisinin 18 avqust 2016-cı ildə öldürülən Rövşən Canıyevin (Rovşən Lənkəranski) ətrafındakılardan birinin olduğu (Rövşən Lənkəranskinin dayısı oğlu, “Dayıoğlu Zaur” ləqəbli Zaur Əhmədov – red.) bildirilir.

Zeynalov bir müddət əvvəl mərhumla tanış olub, etimadını qazanaraq Nadir Səlifovun mühafizəçisi işləyib, Lənkəranskinin ölümünün dördüncü ildönümündə isə Qulini qətlə yetirib.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button