“Quli”nin ölümündən dəqiqələr öncəki görüntüsü – Qatili çəkib VİDEO

 Azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun Türkiyənin Antalya şəhərində qətlə yetirilməzdən dəqiqələr öncə çəkilən videosu yayılıb. 

Musavat.com Bakupost-a istinadən bildirir ki, videonu “Lotu Quli”nin öldürülməsində əsas şübhəli – “Xan Əhmədlinski” ləqəbli kriminal avtoritet çəkib.

“Xan” son zamanlar “Quli”nin öz təşəbbüsü ilə onun yaxın əhatəsinə daxil olmuşdu. Videodan da görünür ki, əhatələrində başqa heç kim yoxdur. “Quli” idman geyimində, öndə gedir, “Xan” isə arxada video çəkir.

“Quli”ni başından güllələyərək öldürüb, hadisə yerindən qaçan “Xan Əhmədlinski”nin polis tərəfindən saxlanıldığı bildirilir.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button